BAKI,VOA,Yusif Şərifzadə
İran Qərbi Asiyada baş verən son hadisələri Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya və Çinlə müzakirə edəcəyini açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
VOA xəbər verir ki, İsmayıl Bəqai cümə günü jurnalistlərə açıqlamasında mövcud vəziyyəti Amerika Birləşmiş Ştatlarının açıq hərbi təcavüzü kimi qiymətləndirib. O bildirib ki, baş verənlər Vaşinqtonun ötən il başladığı hücum siyasətinin davamıdır.
İran rəsmisinin sözlərinə görə, bu addımlar beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Bəqai vurğulayıb ki, belə məsələlərin ölkələr tərəfindən bütün mümkün görüş və danışıqlarda gündəmə gətirilməsi təbiidir.
O əlavə edib ki, Qərbi Asiyadakı hadisələr İranın Çin və Rusiya nümayəndələri ilə keçirəcəyi danışıqlarda mütləq müzakirə olunacaq.
İran tərəfi qarşıdakı görüşlərdə bölgədəki hərbi gərginlik, beynəlxalq hüququn pozulması və mövcud vəziyyətə mümkün siyasi münasibətlər barədə fikir mübadiləsi aparmağı planlaşdırır.