Çin xarici işlər naziri Van İ ABŞ ilə İran arasında aparılan danışıqların davam etdirilməsinə çağırış edib. O, Pekində Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş zamanı hazırkı atəşkəsin hələ də kövrək olduğunu bildirib. Van İ qeyd edib ki, müharibə əvəzinə dialoqa üstünlük verilməsi daha düzgün yanaşmadır. Onun sözlərinə görə, Çin regionda gərginliyin azaldılması üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Pekin uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş diplomatik səyləri dəstəklədiyini vurğulayıb. Çin Yaxın Şərqdə sabitliyin qorunmasını vacib hesab edir. Rəsmi Pekin danışıqlar prosesinin dayanmamasının əhəmiyyətini ön plana çəkib.
#Van İ
İran rəsmisi Qədir Nizami ölkənin istənilən təhlükəyə qarşı hazır olduğunu bildirib. O qeyd edib ki, ABŞ ilə danışıqlara baxmayaraq hərbi qüvvələr yüksək hazırlıq vəziyyətindədir. Nizami ABŞ və İsrailin son bir ildə İrana qarşı hücumlar etdiyini xatırladıb. İran diplomatiya ilə yanaşı təhlükəsizliyə də önəm verdiyini vurğulayıb. Rəsmi həmçinin Çin rəsmiləri ilə görüş keçirib. Tehran etimadsızlıq mühitinin davam etdiyini bildirir. Regionda gərginlik qalmaqdadır.
Çin Xarici İşlər naziri Van İ İranın suverenliyini və təhlükəsizliyini dəstəklədiklərini bildirib. Görüş BRİKS toplantısı çərçivəsində Hindistanda keçirilib. Van İ ABŞ-İran razılaşmasını bərabərlik prinsiplərinə uyğun sənəd kimi qiymətləndirib. O, sazişin Yaxın Şərqdə sülhə töhfə verəcəyini deyib. Çin İranla strateji tərəfdaşlığını vurğulayıb. Pekin sülhə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini bildirib. İran rəsmisi isə Çinin mövqeyinə görə təşəkkür edib.
Çin ABŞ–İran danışıqlarının ikinci mərhələsinin daha çətin olacağını bildirib. Pekin bunu prosesin yalnız başlanğıcı kimi qiymətləndirir. Van İ bütün tərəflərin səylərinin davam etməsinin vacibliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının rolunun artırılması təklif edilib. Çin regionda uzunmüddətli sülh üçün əlavə diplomatik addımların lazım olduğunu qeyd edib.
Çin Xarici İşlər Nazirliyi İran və ABŞ ilə “özünəməxsus şəkildə” əlaqə qurduğunu bildirib. Pekin hər iki tərəflə dialoqun davam etdirilməsinə çalışdığını qeyd edib. Çin gərginliyin azaldılmasını əsas məqsəd kimi göstərib. Pakistanla əməkdaşlığın da bu prosesə dəstək olduğu vurğulanıb. Rəsmi Pekin vasitəçiliyi əsasən diplomatik kanallarla həyata keçirdiyini bildirib. Mövzu regional diplomatiyada Çinin rolunu ön plana çıxarır.
Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması üçün təcili və hərtərəfli razılaşmanın əldə olunmasının vacibliyini bildirib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı müharibənin yenidən alovlanmasının arzuolunmaz olduğunu vurğulayıb və atəşkəsin gecikdirilmədən təmin edilməsinin zəruriliyini qeyd edib
Çinin xarici işlər naziri Van İ ilə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zayani arasında telefon danışığı zamanı bölgədə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub. Bəhreyn tərəfi BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün fəal rol oynamağa hazır olduğunu bildirib və Çinlə koordinasiyanı gücləndirmək niyyətini ifadə edib.
Van İ Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Çin xalqının köhnə dostu olduğunu vurğulayaraq, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib. Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.
Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubionun ASEAN çərçivəsində Kuala Lumpurda keçirilən görüşü müsbət və konstruktiv ab-havada keçib.
Çinin xarici işlər naziri Van İ, ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) zəmanəti altında olan İranın nüvə obyektlərinə zərbə endirməsini pis bir presedent adlandırıb.