Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

    11 İyul 2026 22:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    "Bavi" qasırğası şənbə günü gecə saatlarında Çinin şərqində yerləşən Taycou şəhərinə çatıb. Qasırğa bundan əvvəl Yaponiyanın cənubundakı Sakişima adalarına təsir göstərib, Tayvanın şimalından keçərək bölgədə güclü yağış və küləyə səbəb olub.

    VOA xəbər verir ki, Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, qasırğa yerli vaxtla saat 23:20-də Taycou sahillərinə çatıb. Həmin vaxt küləyin davamlı sürəti saatda təxminən 144 kilometr olub.

    Rəsmi məlumatlara əsasən, Tzıciyan əyalətində 1,7 milyondan çox sakin təhlükəsizlik məqsədilə təxliyə edilib. Bununla yanaşı, Futszyan əyalətindən 100 mindən çox, Pekindən 100 mindən artıq, Şanxaydan isə təxminən 34 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.

    Sinoptiklər bildirirlər ki, qasırğa zəifləməyə başlasa da, özündə daşıdığı böyük həcmdə rütubət səbəbindən leysan yağışları və daşqın təhlükəsi hələ də yüksək olaraq qalır.

    Yaponiya və Tayvanda indiyədək insan itkisi qeydə alınmasa da, Filippində qasırğanın gücləndirdiyi musson yağışları nəticəsində azı 17 nəfər həyatını itirib.

    Tayvanın Fövqəladə Hallar Xidməti 113 nəfərin müxtəlif xəsarətlər aldığını açıqlayıb. Yaralanmaların əksəriyyətinin motosiklet və velosipeddən yıxılma, eləcə də güclü küləyin aşırdığı əşyaların insanlara dəyməsi nəticəsində baş verdiyi bildirilib.

    Tayvanda əsasən dağlıq ərazilərdən 14 mindən çox sakin təxliyə olunub. Ada üzrə 920 beynəlxalq və 282 daxili aviareys ləğv edilib. Əksər şəhər və rayonlarda şənbə günü qeyri-iş günü elan olunub, məktəblər və dövlət müəssisələri fəaliyyətini dayandırıb. Bununla belə, paytaxt Taypeydə bəzi restoranlar və mağazalar açıq qalıb, sürətli dəmir yolu isə məhdud qrafiklə fəaliyyətini davam etdirib.

    Taypey yaxınlığındakı Beytou bölgəsində saatda təxminən 100 kilometr sürətlə əsən külək ağacları aşırıb və çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

    Çinin Vencou şəhərində yaşayan sakinlər də qasırğaya hazırlıq gördüklərini bildiriblər. Onlar hökumətin qabaqlayıcı tədbirlər gördüyünü qeyd edərək ciddi narahatlıq keçirmədiklərini, lakin yaşlı ailə üzvlərinin təhlükəsizliyi üçün əlavə ehtiyat tədbirləri gördüklərini deyiblər.

    #Çin #Yaponiya #Filippin #Tayvan #təxliyə #Təbii Fəlakət #Bavi qasırğası #Taycou
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    25 Avqust 2026 21:50

    Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib

    25 Avqust 2026 17:54

    ABŞ-nin İrana qarşı yeni sanksiyalarında əsas sınaq Çin olacaq

    24 Avqust 2026 18:33

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    24 Avqust 2026 18:22

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.