BAKI,VOA,Yusif Şərifzadə
Çin ABŞ-nin İrana və Birləşmiş Millətlər Təşkilatının digər üzv dövlətlərinə qarşı birtərəfli iqtisadi məhdudiyyətlərini qanuni hesab etmir. Suçjou Universitetinin iqtisadiyyat üzrə professoru Viktor Qao bildirib ki, Pekin Vaşinqtonun İrana qarşı təzyiqlərinə tabe olmayacaq.
VOA xəbər verir ki, Viktor Qao Çin və İran arasındakı münasibətlərin beynəlxalq hüquq çərçivəsində iki suveren dövlət arasında qurulan əlaqələr olduğunu bildirib.
Onun sözlərinə görə, Çin ABŞ-nin İrana qarşı tətbiq etdiyi birtərəfli iqtisadi məhdudiyyətləri qəbul etməsi üçün göstərilən təzyiqlərə heç vaxt boyun əyməyib.
“İran və Çin arasındakı münasibətlər beynəlxalq hüquq çərçivəsində iki suveren dövlət arasındakı münasibətlərdir”, – Qao bildirib.
Çinli professor ABŞ-nin iqtisadi məhdudiyyətlərini təzyiq və məcburetmə siyasəti kimi qiymətləndirərək Pekinin belə yanaşmanı qəbul etmədiyini vurğulayıb.
Qao bildirib ki, Çin ABŞ-nin təzyiqlərinə qarşı dayanmaq üçün zəruri hesab etdiyi addımları atacaq.
Onun sözlərinə görə, Pekin beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyindən və suveren hüquqlarından istifadə etməyə davam edəcək.
Açıqlama ABŞ-nin İrana qarşı yeni iqtisadi məhdudiyyətlər elan etdiyi və Tehranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı əlavə tədbirlərin görülə biləcəyini bildirdiyi bir vaxtda səsləndirilib.