BAKI,VOA, Fərid Mikayılov
Fələstin məsələsi Yaxın Şərq probleminin əsasında dayanır. Bu bəyanatla Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində İordaniya Kralı Abdulla ilə keçirdiyi görüşdə çıxış edib.
VOA xəbər verir ki, danışıqlar zamanı Çin lideri münaqişənin siyasi yolla tənzimlənməsinə və Fələstinlə İsrail arasında sülh danışıqlarının bərpasına çağırıb.
Görüşün rəsmi xülasəsində qeyd olunur ki, Si Cinpin həmçinin "müstəqil Fələstin dövlətinin tezliklə yaradılmasının" tərəfdarı olduğunu vurğulayıb.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Ciyan bəyan etmişdi ki, Çin rəhbərliyi Vaşinqtonun İranı dəstəkləyən ölkələrə qarşı birtərəfli tədbirlərini qanunsuz hesab edir.
Mətbuat konfransında çıxış edən XİN rəsmisi Pekinin beynəlxalq hüquqda əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilməyən qanunsuz birtərəfli sanksiyalara qarşı olduğunu bir daha diqqətə çatdırıb.