Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp İranla müharibə mövzusunu gündəmdən çıxarmağa çalışır

    29 İyun 2026 20:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İranla müharibə mövzusunu gündəmdən çıxarmağa çalışır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi qarşıdurmanın arxa planda qalmasını və diqqətin yenidən diplomatik danışıqlara yönəlməsini istəyir.

    VOA xəbər verir ki, bu barədə Vaşinqtondan hazırlanan təhlildə bildirilir.

    Məlumata görə, Donald Tramp sosial şəbəkədə paylaşım edərək çərşənbə axşamı Qətərin paytaxtı Dohada ABŞ və İran nümayəndələri arasında görüş keçiriləcəyini təsdiqləyib.

    Təhlildə qeyd olunur ki, Tramp son dövrlərdə sərt bəyanatlar səsləndirsə də, razılaşmanın əldə olunmaması və ya qarşıdurmaların yenidən alovlanacağı təqdirdə ciddi addımlar atacağı ilə hədələsə də, eyni zamanda təmkinli mövqe nümayiş etdirməyə çalışır.

    Bildirilir ki, ABŞ Prezidenti atəşkəsin davam etməsini, danışıqların irəliləməsini və tərəflər arasında yekun razılaşmanın əldə olunmasını istəyir.

    Təhlil müəllifinin fikrincə, bunun əsas səbəblərindən biri daxili siyasi amillərdir. ABŞ-də qarşıdan gələn aralıq seçkiləri fonunda Tramp İranla müharibə mövzusunun artıq gündəmdə qalmasını istəmir.

    Qeyd olunur ki, bu müharibə ABŞ ictimaiyyətində geniş dəstək qazanmadığından Trampın siyasi mövqeyinə də mənfi təsir göstərib.

    Bu baxımdan, Ağ Ev rəhbərinin mümkün qədər tez razılaşmanın əldə olunmasına və İranla bağlı böhranın gündəmdən çıxmasına üstünlük verdiyi vurğulanır.

    #İran #ABŞ #Qətər #Donald Tramp #Doha #atəşkəs #ABŞ-İran münasibətləri #danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    27 Avqust 2026 12:51

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05

    Qətərin Baş naziri Tehrana gedir

    27 Avqust 2026 10:27

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    26 Avqust 2026 22:37

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    26 Avqust 2026 21:17

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28
    XƏBƏR LENTİ

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    Qətərin Baş naziri Tehrana gedir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.