BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən miqrantların zamin olmadan saxlanılmasına dəstək verməsini istəyib
VOA xəbər verir ki, administrasiya bu tələbi cümə günü ictimaiyyətə açıqlanan məhkəmə sənədində irəli sürüb.
Müraciətdə Ali Məhkəmədən may ayında federal apellyasiya məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi xahiş olunub.
Həmin qərarda administrasiyanın onilliklər əvvəl qəbul edilmiş miqrasiya qanununa verdiyi yeni hüquqi şərh qəbul edilməmişdi. Məhz bu şərh Tramp administrasiyasının genişmiqyaslı miqrantların saxlanılması siyasətinin əsasını təşkil edir.
Administrasiya bildirir ki, bu siyasət qanunun tələblərinə uyğundur. Federal apellyasiya məhkəməsi isə həmin yanaşmanı dəstəkləməyib.