Müasir Fələstin incəsənətinə ağır itki - Süleyman Mənsur 79 yaşında dünyasını dəyişdi . Fələstinli rəssam Süleyman Mənsur 79 yaşında dünyasını dəyişib. Mənsur müasir Fələstin təsviri sənətinin ən nüfuzlu simalarından biri idi və onun yaradıcılığı Fələstin xalqının müqavimət və mübarizə rəmzi kimi qəbul olunurdu.
Ölümün dəqiq səbəbi açıqlanmasa da, rəssamın son günlərdə vəziyyətinin kritik olduğu bildirilmişdi.