Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək.
#Ali Məhkəmə
Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri Kəmalə Mehtiyeva, Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Ədliyyə naziri Fərid Əhmədov, xarici və yerli rəsmilər iştirak edirlər.
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən digər ölkələrə qarşı tətbiq edilən bir sıra gömrük rüsumlarının qanuniliyini sürətləndirilmiş prosedurla araşdırmağa razılıq verib. Məhkəmənin yaydığı bildirişə əsasən, tərəflərin dinləmələri bu ilin noyabr ayında başlayacaq. Sənəddə qeyd olunub ki, dinləmələr 2025-ci ilin noyabr ayının ilk həftəsinə təyin edilib. Tərəflər öz arqumentlərini yazılı şəkildə sentyabrın 19-dək məhkəməyə təqdim etməlidirlər. Rüsumlar məhkəmə araşdırması başa çatana qədər qüvvədə qalacaq.
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. AzerVoice xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad yetərli deyil, dəyişiklik üçün şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması tələb olunur. AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İşin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi 80 dəqiqəlik mətbuat konfransında qalmaqallı bəyanatlarla çıxış edib. O, öz siyasətlərinin avtoritar meyillər daşıdığı barədə ittihamlara cavab verib. “Çoxları deyir ki, bəlkə də biz diktator istəyirik. Mən diktatorları sevmirəm, mən diktator deyiləm. Mən sağlam düşüncəyə sahib, ağıllı bir insanam.”-deyə o qeyd edib.
Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.
ABŞ-ın digər dövlətlərin daxili işlərinə müdaxiləsi yolverilməzdir.