BAKI,VOA,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ–İran danışıqları ilə bağlı əldə olunan razılaşmanı pozmağa çalışan qüvvələrin olduğunu bildirib.
VOA xəbər verir ki, o bu fikirləri İslamabadda İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında səsləndirib.
Şərif qeyd edib ki, dünyada bəzi tərəflər sülh prosesini pozmağa və əldə olunan razılaşmaları zəiflətməyə çalışır.
Onun sözlərinə görə, bu qüvvələr İranın müharibədən sonra sabitliyə və inkişaf yoluna çıxmasını istəmir.
Baş nazir vurğulayıb ki, İran xalqının regionda sülh və sabitlik içində güclənməsi bəzi dairələr üçün arzuolunan deyil.
O, Pakistanın isə regionda sülh prosesini dəstəkləməyə davam edəcəyini bildirib.