BAKI,VOA,Yusif Şərifzadə
İsveçrənin Burgenstok kurortunda planlaşdırılan diplomatik görüşlə bağlı ABŞ və İran nümayəndə heyətlərinin tərkibi hələ də dəqiqləşməyib.
VOA xəbər verir ki, bu barədə bölgədən reportaj hazırlayan jurnalist məlumat verib.
Məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərif ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığında İsveçrədə keçiriləcək görüşə dair konkret qeyd olmayıb.
Jurnalist bildirir ki, diplomatik protokol qaydalarına əsasən, nümayəndələr eyni səviyyəli təmsilçiliklə iştirak etməlidirlər.
Bu səbəbdən ABŞ-dan vitse-prezident Cey Di Vens, İrandan isə parlament sədri Məhəmməd Baqer Qalibafın iştirak ehtimalının azaldığı qeyd olunur.
Bəzi mənbələr danışıqların texniki səviyyəyə endirilə biləcəyini bildirir.
Eyni zamanda ABŞ və İran nümayəndə heyətlərinin Cenevrədə görüşməsi ehtimalı da səsləndirilir.
Hazırda diplomatik prosesin formatı və iştirakçıları ilə bağlı qeyri-müəyyənlik davam edir.