İsveçrədə keçiriləcək ABŞ–İran görüşü ilə bağlı qeyri-müəyyənlik qalır. Rəsmi iştirakçılar hələ tam təsdiqlənməyib. Pakistan Baş naziri ilə aparılan telefon danışığında İsveçrə görüşü qeyd olunmayıb. Diplomatik protokol səbəbilə yüksək səviyyəli iştirak sual altındadır. Cey Di Vens və Qalibafın iştirakı ehtimalı azalıb. Görüşün texniki səviyyəyə endirilə biləcəyi bildirilir. Alternativ olaraq Cenevrədə görüş ehtimalı var. Prosesin formatı hələ də dəqiq deyil.
#Qalibaf
ABŞ–İran razılaşmasından sonra 59 günlük yeni mərhələ başlayır. Bu müddət ərzində yekun nəticəyə gəlmək nəzərdə tutulur. Tədbirdə Qətər və Pakistanın yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir. ABŞ-dan vitse-prezident Cey Di Vensin iştirakı ehtimal olunur. İran tərəfdən Qalibaf və Əraqçi adı çəkilir. Lakin rəsmi təsdiqlər hələ verilməyib. İsveçrədə yüksək təhlükəsizlik tədbirləri görülür. Bu mərhələ danışıqların əsas icra dövrü hesab olunur.
Qalibaf Livan parlament spikerinə müharibənin bütün cəbhələrdə dayandırılmalı olduğunu bildirib. O, İsrail qüvvələrinin Livandan çıxarılmasını tələb edib. Netanyahu isə İsrailin cənubi Livanda qalacağını deyib. Nəbih Berri danışıqlara görə Qalibafa təşəkkür edib. Mövzu regionda gərginliyin davam etdiyini göstərir. Diplomatik proseslər paralel şəkildə davam edir.
Son vaxtlar Vaşinqtonda Tehran rejiminin kəskin parçalanma yaşadığına dair fərziyyələr dolaşır. Hesab olunur ki, bu parçalanma rejimin Tramp administrasiyası ilə ciddi diplomatik qərarlar qəbul etməsinə mane olacaq qədər dərindir. Lakin ABŞ-la razılaşma istəyən bir qanadın və qarşıdurma tərəfdarı olan digər qanadın mövcudluğu barədə bu yanaşma reallığı həddindən artıq bəsitləşdirir.
ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf görüşlərin nəticəsiz qaldığını elan edib. Qalibaf vurğulayıb ki, Vaşinqtonun mövqeyi Yaxın Şərqdəki müharibəyə birdəfəlik son qoyacaq bir razılaşmanın əldə olunması üçün kifayət etməyib. Pakistanın paytaxtında keçirilən və gərgin keçən müzakirələrin başa çatmasından bir neçə saat sonra Qalibaf rəsmi bəyanatla çıxış edib. "İran nümayəndə heyətindəki həmkarlarım konstruktiv təşəbbüslərlə çıxış etdilər, lakin sonda qarşı tərəf bu danışıqlar raundunda İran heyətinin etimadını qazanmağa nail ola bilmədi."-deyə o bildirib.