BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Yeddilər Qrupu ölkələrinin sammitində iştirak etmək üçün Fransaya yollanmadan əvvəl İsveçrənin Cenevrə şəhərinə gəlib.
VOA xəbər verir ki, məlumatı Fransa Mətbuat Agentliyi yayıb.
Məlumata görə, ABŞ prezidentini daşıyan təyyarə bazar ertəsi Cenevrə hava limanına eniş edib.
Trampın buradan Fransanın Evian şəhərinə yollanacağı gözlənilir.
Yeddilər Qrupu ölkələrinin liderləri həmin şəhərdə keçiriləcək sammit çərçivəsində bir araya gələcəklər.
Bu ilki görüşün əsas müzakirə mövzularından biri İran ilə ABŞ arasında əldə olunan razılaşma olacaq.
Sammitdə həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası və beynəlxalq dəniz yollarında təhlükəsizliyin təmin edilməsi məsələlərinin də geniş müzakirə olunacağı gözlənilir.
Liderlərin qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və regional sabitliklə bağlı fikir mübadiləsi aparacaqları bildirilir.