Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Suriya Prezidenti Əhməd əş-Şəraa Kremlində Vladimir Putinlə görüşüb

    15 Oktyabr 2025 16:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya Prezidenti Əhməd əş-Şəraa Kremlində Vladimir Putinlə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib.

    AzerVoice xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.

    “Suriya xalqının maraqlarını hər zaman qorumuşuq. Hazırda 4 min gənc suriyalı tələbə Rusiyada ali təhsil alır. Onlar Suriya cəmiyyətinin gələcəyini quracaq yeni nəsildir” – deyə Putin vurğulayıb.

    Rusiya lideri həmçinin qeyd edib ki, Moskva Suriya ilə ikitərəfli əlaqələri və əməkdaşlıq proqramlarını daha da genişləndirməyə davam edəcək.

    Suriya Prezidenti Əhməd əş-Şəraa öz növbəsində səfərin ciddi və strateji xarakter daşıdığını bildirib.

    “Bu, rəsmi bir ziyarətdən çox, iki xalq arasında dərin əlaqələrin göstəricisidir. Suriya və Rusiya arasında tarixi münasibətlər mövcuddur. Suriya dövlətinin yenidən qurulması prosesində Rusiyanın rolu mühüm olacaq” – deyə Şəraa qeyd edib.

    O, həmçinin Rusiya ilə infrastruktur, enerji və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

    #Rusiya #Moskva #Vladimir Putin #Suriya #Dəməşq #Kremlin #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #İkitərəfli görüşlər #Əhməd əş-Şəraa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    28 Avqust 2026 15:09

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    28 Avqust 2026 11:18

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21
    XƏBƏR LENTİ

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.