Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Yeni Kaledoniya və Digər Ərazilərin Gələcəyi BMT-də Müzakirə Ediləcək

    24 Sentyabr 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yeni Kaledoniya və Digər Ərazilərin Gələcəyi BMT-də Müzakirə Ediləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    25 sentyabr 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək.

    AzerVoice xəbər verir ki, konfransda Fransanın dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, beynəlxalq dekolonizasiya ekspertləri və Bakıda əsası qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcəklər.

    Konfransda, Fransa tərəfindən “sabitlik və birgə gələcək” adı ilə təqdim edilən Bujival razılaşmasının əsl mahiyyəti müzakirə olunacaq. Həmçinin bu razılaşma Yeni Kaledoniyanın müstəqilliyini təmin etməli olan əvvəlki Matinyon və Noumea sazişləri ilə müqayisə ediləcək.

    Tədbirdə Kanak xalqının nümayəndələri, Bujival razılaşmasını niyə qəbul etmədiklərini beynəlxalq ictimaiyyətə açıqlayacaqlar. Konfransda, eyni zamanda, bu razılaşmadan sonra Kanaki və digər dənizaşırı ərazilərin gələcəyi, Fransa hökumətinin BMT qarşısında götürdüyü, lakin yerinə yetirilməmiş öhdəlikləri və həqiqi dekolonizasiya prosesinə keçid yolları da əsas müzakirə mövzusu olacaq.

    Konfransın sonunda birgə bəyanatın qəbul olunacağı gözlənilir. Tədbirin ardınca isə koloniyaların təmsilçiləri tərəfindən BMT qərargahının qarşısında dinc etiraz aksiyası keçiriləcək.

    #BMT #Fransa #Nyu-York #Yeni Kaledoniya #Bakı Təşəbbüs Qrupu #BMT Baş Assambleyasının 80-ci sessiyası #Beynəlxalq Dekolonizasiya Cəbhəs
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    25 Avqust 2026 19:25

    ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

    25 Avqust 2026 16:53

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.