#Nyu-York

Donald Tramp Benyamin Netanyahunun ABŞ-da olduğu müddətdə həbs edilməyəcəyini bildirib. Tramp İsrail Baş nazirinə qarşı hər hansı saxlanma tədbirinə icazə verilməyəcəyini açıqlayıb. Bu açıqlama Nyu-York meri Zohran Mamdaninin Netanyahu ilə bağlı mümkün həbs məsələsini araşdırdığını deməsindən sonra səslənib. Netanyahu sentyabrda BMT Baş Assambleyası üçün Nyu-Yorka səfər edə bilər. Onun Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı hüquqi vəziyyəti beynəlxalq müzakirələrə səbəb olub. ABŞ-da bu məsələ siyasi və hüquqi debat yaradıb. Tramp isə Netanyahuya dəstəyini bir daha nümayiş etdirib.

Nyu-York meri Zohran Mamdani Benyamin Netanyahunu hərbi cinayətkar adlandırıb. O, İsrailin Baş nazirinin Haaqada məhkəmə qarşısında dayanmalı olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu barəsində 2024-cü ilin noyabrında həbs qərarı çıxarıb. Netanyahunun sentyabr ayında BMT Baş Assambleyası üçün Nyu-Yorka gələcəyi gözlənilir. Mamdani onun həbsinə göstəriş vermək səlahiyyətinin olub-olmadığını araşdırdığını deyib. Məsələ Nyu-York şəhərinin Hüquq İdarəsi ilə müzakirə olunur. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və həbs qərarını qəbul etmir. İsrail də Netanyahuya qarşı irəli sürülən ittihamları rədd edir.

İranın xarici işlər naziri beynəlxalq sülh məsələlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək iclasına dəvət alıb, lakin hələ qatılacağına dair yekun qərar verilməyib. Dəvət çərşənbə axşamı keçiriləcək iclas üçün göndərilib və bu ay Şuraya sədrlik edən Çinin təşəbbüsü ilə həyata keçirilib.

BMT ciddi maliyyə çətinliyi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilat bildirib ki, xüsusilə ABŞ başda olmaqla bəzi ölkələrin üzvlük haqlarını ödəməməsi səbəbindən iyul ayına qədər maliyyə ehtiyatları tamamilə tükənə bilər. BMT baş katibi Antonio Quterreş üzv dövlətlərə göndərdiyi məktubda 2025-ci ilin rekord səviyyədə ödənilməmiş borcla başa çatdığını qeyd edib. Onun sözlərinə görə, böhran proqramların icrasını təhlükə altına salır və yaxın aylarda vəziyyət daha da ağırlaşa bilər.

2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.

Venesuela Prezidenti Nikolas Maduro bu gün ABŞ-ın Nyu-York şəhərində məhkəmə qarşısına çıxacaq. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Maduro, həyat yoldaşı, oğlu Nikolas Maduro Guerra, Venesuelanın daxili işlər naziri Diosdado Cabello, keçmiş daxili işlər naziri Ramon Rodriqez Çacín və “Tren de Araqua” cinayət qruplaşmasının lideri Hector Rusthenford Guerrero Flores barəsində tərtib edilmiş ittiham aktı üzrə məxfilik əvvəlki gün aradan qaldırılıb.

Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro “korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain gətirildiyi bildirilir.