Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp Netanyahunu Qəzzanı işğal etməyə məcbur edir

    1 Sentyabr 2025 09:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Netanyahunu Qəzzanı işğal etməyə məcbur edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrail mediasının iddiasına görə, ABŞ Prezidenti Donald Trampın HƏMAS-ı məğlub etmək üçün Təl-Əvivə təzyiq etməsi, Baş Nazir Benyamin Netanyahunun Qəzza zolağını işğal etməkdəki israrının əsas səbəblərindən biridir.

    AzerVoice xəbər verir ki, İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Tramp HƏMAS-ın tez bir zamanda məğlub edilməsini tələb edir və Netanyahunun “Qəzzanı işğal etmək və ya İsrailin şərtləri ilə HƏMAS-la razılaşma əldə etmək” strategiyasının arxasında bu təzyiq dayanır. Trampın, İsrailin HƏMAS-ı niyə sürətlə məğlub edə bilmədiyini anlaya bilmədiyi bildirilir.

    Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza şəhərinin işğalının 2025-ci ilin dekabr ayına qədər tamamlanacağını müdafiə etdiyi qeyd olunub. Lakin İsrail hərbi rəsmiləri, Trampın Qəzzadan gələn görüntüləri görməsi halında İsrailə dəstəyini yenidən nəzərdən keçirə biləcəyini və müharibəni dayandıra biləcəyini düşünür. Hərbi rəsmilər, hətta Qəzza işğal olunsa belə, HƏMAS-ın təslim olacağı və ya İsrailin şərtlərini qəbul edəcəyi ehtimalını çox aşağı qiymətləndirir.

    Qeyd edək ki, avqustun 10-da Netanyahu hərtərəfli razılaşma üçün bir sıra şərtlər irəli sürüb. Onların arasında HƏMAS-ın tərksilahı edilməsi, Qəzzanın silahsızlaşdırılması, əsirlərin azad edilməsi, Qəzzada təhlükəsizliyin İsrail nəzarətinə keçməsi və HƏMAS və Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan mülki administrasiyanın yaradılması yer alır.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #Yaxın Şərq #Təl-Əviv #Stiven Uitkoff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    24 Avqust 2026 22:40

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    24 Avqust 2026 20:48

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İsrail qüvvələri Cəninin giriş və çıxışlarında nəzarəti artırıb

    24 Avqust 2026 20:06

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    24 Avqust 2026 19:43
    XƏBƏR LENTİ

    Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

    Tarixdə bu gün – 25 Avqust

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.