Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İspaniya təbii fəlakət bölgəsinə çevrilir

    26 Avqust 2025 17:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İspaniya təbii fəlakət bölgəsinə çevrilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İspaniya hökuməti daşqınlar və meşə yanğınları səbəbilə ölkənin böyük bir hissəsini fəlakət zonası elan edib.

    AzerVoice xəbər verir ki, Nazirlər Şurasının qərarına əsasən, iyunun 23-dən bəri daşqınlardan, avqustun əvvəlindən isə davam edən meşə yanğınlarından zərər çəkən ərazilər rəsmi olaraq fəlakət bölgəsi kimi tanınıb. Təhsil və idman naziri, hökumət sözçüsü Pilar Alegria bildirib ki, ölkənin 17 muxtar icmasından 16-sı bu qərara daxil edilib. İspaniyada indiyədək 407 min hektardan çox ərazi yanğında məhv olub.

    Daxili İşlər Naziri Fernando Qrande Marlaska meşə yanğınlarını ölkə tarixində ən böyük yanğın fəlakəti adlandıraraq, fəlakət zonası elan olunmuş ərazilərdə yaşayanların qanunvericiliyə uyğun olaraq dövlət yardımı ala biləcəklərini açıqlayıb. Nazir hazırda 15 yerdə iri miqyaslı yanğınların davam etdiyini, fövqəladə vəziyyətin isə hələ də qüvvədə olduğunu bildirib və əhalini ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.

    Qeyd edək ki, İspaniya qanunvericiliyinə əsasən, fəlakət zonasında fərdlərə ilkin yaşayış yerlərinə və əsas ehtiyac mallarına dəymiş ziyana görə maliyyə dəstəyi göstərilir, yerli hakimiyyət orqanlarının çəkdiyi xərclər kompensasiya olunur, həmçinin yardımlar təqdim edən şəxslər və təşkilatlara dövlət tərəfindən dəstək verilir. Təkcə avqust ayında 370 min hektardan artıq meşə və kənd təsərrüfatı sahəsi külə dönüb.

    #yanğın #İspaniya #meşə yanğınları #daşqın #təxliyə #daşqınlar #Təbii Fəlakət #fövqəladə vəziyyət elanı #iqlim dəyişikliyi və daşqınlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    17 İyul 2026 22:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    ABŞ hücumlarından sonra Əhvazdakı xəstəxanadan 211 xəstə təxliyə olunub

    16 İyul 2026 17:18

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Oman sahillərində neft tankeri partlayış nəticəsində zədələnib

    14 İyul 2026 18:11

    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

    11 İyul 2026 22:45
    XƏBƏR LENTİ

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.