Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ Suriyada sabitliyin təmin olunması üçün İsrailə təzyiq edir

    18 İyul 2025 21:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Suriyada sabitliyin təmin olunması üçün İsrailə təzyiq edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ, Suriyanın cənubundakı Suveyda vilayətində vəziyyətin sabitləşdirilməsi və bu bölgəyə Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün İsrailə təzyiq göstərir.

    AzerVoice xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

    “Vaşinqton Suriya prezidenti Əhməd əş-Şaraaya dəstəyi davam etdirir və İsrailə bu böhranı sona çatdıracaq razılaşmaların əldə olunması üçün müdaxiləni dayandırmaq məqsədilə təzyiq göstərir” - deyə, mənbə bildirib.

    Onun sözlərinə görə, ABŞ, Suveyda vilayətinə hökumətin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi məqsədilə aparılan danışıqlarda iştirak edir. Qeyd olunub ki, cümə günü vilayətdə ərəb tayfaları ilə druzlar arasında toqquşmalar davam edib.

    Bundan əvvəl, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirmişdi ki, tərəflər gün sonuna qədər Suriyada sabitliyin təmin olunmasına nail olmaq üçün tədbirlər görmək barədə razılığa gəliblər. “The Times of Israel” qəzetinin məlumatına görə, İsrail, əvvəllər Dəməşqin silahlı qüvvələrinin bölgəyə daxil olmasına qarşı olduğunu bəyan etməsinə baxmayaraq, Suveydada Suriya təhlükəsizlik qüvvələrinin 48 saatlıq məhdud mövcudluğuna razı olmağa hazırdır.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #ABŞ #Suriya #ABŞ Dövlət Departamenti #Dəməşq #Vaşinqton #Druz #Suriya hökuməti #Toqquşmalar #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Bəşşar Əsəd və Dürzilər #Suveyda Üsyanı #Dürzi Liderləri #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #danışıqlar #ABŞ Dövlət Departamenti və Suriya #Suriyada milli birlik və sabitlik #Suriya Dürzi qarşıdurması #Əhməd əş-Şəraa #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Dürzilər və gizli inanc sistemi #Suriyada druzların bölünməsi #Dürzilər və Suriya inqilabı #Süveyda
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    5 İyun 2026 22:50

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    5 İyun 2026 22:38

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    5 İyun 2026 22:32

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    5 İyun 2026 22:24

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    5 İyun 2026 22:04

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    5 İyun 2026 21:50

    Rafael Grossi: ABŞ və İran nüvə çərçivəsi üzrə razılaşmaya yaxındır

    5 İyun 2026 21:31

    ABŞ İranın enerji və bank sektoruna yeni sanksiyalar tətbiq etdi

    5 İyun 2026 20:40

    Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

    5 İyun 2026 20:35

    CENTCOM İranın xəbərdarlıq raketlərini təkzib edir

    5 İyun 2026 20:31

    Sloveniya Baş Naziri Yanşa Fələstin bayrağını niyə qaldırdı?

    5 İyun 2026 20:16

    Məscid-ül Əqsada 65,000 ibadət edən toplaşıb

    5 İyun 2026 20:09
    XƏBƏR LENTİ

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    Rafael Grossi: ABŞ və İran nüvə çərçivəsi üzrə razılaşmaya yaxındır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.