İordaniya elan edib ki, Silahlı Qüvvələri bu gün, bazar günü sübh tezdən "İordaniya Çəkindirmə Əməliyyatı" çərçivəsində krallığın şimal sərhəd xəttində silah və narkotik tacirlərinə məxsus bir sıra nöqtələrə hava zərbələri endirib. Suriya mənbələri isə zərbələrin ölkənin cənubundakı Süveyda bölgəsini hədəf aldığını bildirib.
#Süveyda
Suriyanın cənubundakı Süveyda əyalətində Suriya hökuməti ilə Hikmət əl-Həcriyə bağlı qeyri-qanuni silahlı qruplaşmalar arasında əsir mübadiləsi baş tutub. Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə reallaşan proses çərçivəsində tərəflər saxlanılan şəxsləri qarşılıqlı olaraq sərbəst buraxıblar. Məlumata görə, mübadilə zamanı Suriya hökuməti 61 nəfəri azad edib. Bunun müqabilində isə İsrail tərəfindən dəstəklənən dürzi lider Hikmət əl-Həcriyə tabe olan qruplaşmalar əvvəllər girov götürdükləri 25 nəfəri təhvil veriblər. Azad edilən şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq məqsədilə mülki müdafiə qrupları Süveydanın şimalındakı Almutanah keçid məntəqəsində hazır vəziyyətdə gözləyiblər.
Suriyada yeni administrasiya dövründə keçiriləcək ilk parlament seçkiləri təhlükəsizlik səbəbindən ölkənin cənubundakı Süveyda vilayətində, həmçinin Həsəkə və Rəqqa vilayətlərində baş tutmayacaq. Komissiyanın açıqlamasına görə, Həsəkə və Rəqqa vilayətlərində də seçkilər yalnız “təhlükəsiz mühit” təmin edildikdən sonra keçiriləcək. Bu üç vilayətə ayrılmış yerlər seçkilər baş tutana qədər boş qalacaq.
Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşma ilə təmin olunması mümkündür.
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb. Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Suriyanın Süveyda vilayətində silahlı qruplar daxili təhlükəsizlik qüvvələrinə hücum ediblər. Hadisə nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Mənbələrin bildirdiyinə görə, bu silahlı qruplar ötən ay vilayətdə razılaşdırılmış atəşkəs rejimini pozublar. Həmin bölgədə əvvəlki qarşıdurmalar nəticəsində yüzlərlə insan həlak olmuşdu. “Qeyri-qanuni silahlı qruplar Süveydada atəşkəs razılaşmasını pozaraq daxili təhlükəsizlik qüvvələrinə hücum edib və vilayətin bir neçə kəndini atəşə tutublar” - deyə, mənbə bildirib.
Bəziləri onu bölgədə druzlarla bədəvilər arasında nifaq salmaq cəhdlərinə qarşı çıxan, sülh və sabitliyi qorumağa çalışan şəxs kimi qiymətləndirirlər. Digərləri isə onu Suriya rejiminin bölgəyə nəzarəti bərpa etmək üçün irəli sürdüyü planın bir parçası hesab edirlər.
Biz Suveyda və ətraf bölgələrdə Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik. Biz sülh üçün çalışırıq.
Suveydadakı qarşıdurmalardan sonra giriş-çıxış ordunun nəzarətindədir.
ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb, İsraildəki druz liderlər isə müdafiə üçün Trampa səslənib.
İsrail, Vaşinqton və Dəməşqlə koordinasiyalı şəkildə, Suriyanın Suveyda vilayətindəki druz icmasına təcili tibbi yardım göndərib.
Suriya Prezidenti Əhməd əş-Şəraa İsrailin müdaxiləsi ilə gərginliyin artdığı bir vaxtda ölkənin cənubundakı Süveyda bölgəsində tam atəşkəsə çağırış edib.