Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.
#Dürzilər
Biz Suveyda və ətraf bölgələrdə Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik. Biz sülh üçün çalışırıq.
Türkiyənin Suriyadakı Druz icmasını hədəf aldığı iddialar həqiqəti əks etdirmir.
ABŞ, Suriyanın cənubundakı Suveyda vilayətində vəziyyətin sabitləşdirilməsi və bu bölgəyə Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün İsrailə təzyiq göstərir.
Suriyanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik.
Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.
Suriya hökumət qoşunlarının Suveyda şəhərini tərk etməsindən sonra qeyri-qanuni silahlı qruplaşmalar bölgədə kütləvi qırğınlar törədib.
Suriyadakı druz icmasının liderlərindən biri Hikmət əl-Həcrinin bəyanatlarının yayımlandığı sosial şəbəkə hesabında, Süveyda vilayətindən PKK terror təşkilatının nəzarətində olan ölkənin şimal-şərq bölgələrinə “yol açılması” tələb olunub.
Suriyanın keçid dövrü prezidenti Əhməd Şara ölkənin cənubundakı Süveyda vilayətində baş verən qarşıdurmalar və İsrailin son hərbi müdaxiləsi fonunda xalqa müraciət edərək milli birlik və sabitlik çağırışı edib.
Suriyanın Süveyda vilayətində Dürzi silahlı qrupları ilə ərəb tayfaları arasında baş verən silahlı toqquşmalar fonunda əldə olunan atəşkəs razılaşması mübahisəli hal alıb.
Suriya, İsrailin ölkənin Dəməşq və Suveyda vilayətlərinə həyata keçirdiyi hücumları pisləyib.
BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.