Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp hökuməti Harvardı maliyyə blokadasına almağa hazırlaşır

    28 May 2025 11:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp hökuməti Harvardı maliyyə blokadasına almağa hazırlaşır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Tramp administrasiyası Harvard Universiteti ilə bütün federal müqavilələrin ləğvini tələb edir.

    AzerVoice xəbər verir ki, ABŞ-da Donald Tramp administrasiyası Harvard Universitetinə qarşı ciddi maliyyə addımları atmağa başlayıb.

    Mətbuata sızan məlumata əsasən, administrasiya federal qurumlardan universitetlə mövcud olan təxminən 100 milyon dollarlıq müqavilələrin ləğvini tələb edib.

    Yüksək rütbəli, adı açıqlanmayan rəsmilərə istinadən yayılan xəbərlərə görə, bu addım Harvardda Fələstinə dəstək məqsədilə keçirilən aksiyalara cavab olaraq atılıb. Beləliklə, Harvard ilə federal qurumlar arasında bu günə qədər mövcud olmuş ümumilikdə 2,6 milyard dollara yaxın federal maliyyə əlaqəsinin tamamilə kəsilməsi gündəmdədir.

    Qeyd edək ki, Tramp administrasiyası daha öncə də Harvard da daxil olmaqla, müxtəlif universitetlərin Fələstinə dəstək aksiyaları və kampuslarda keçirilən müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına istinad edərək maliyyə yardımlarını dondurmaqla hədələyib.

    Bu çərçivədə ABŞ Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Departamenti, Təhsil Nazirliyi və Ümumi Xidmətlər İdarəsi (GSA) birgə “Antisemitizmlə Mübarizə Qrupu” yaratmışdı. Hökumət Harvard Universitetinə ayrılmış 2,2 milyard dollarlıq maliyyə yardımını və əlavə 60 milyon dollarlıq müqavilə haqlarını dondurmağa qərar verdi. Universitet isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.

    Eyni zamanda, ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem Harvard Universitetinə məktub ünvanlayaraq beynəlxalq tələbə qəbulunun dayandırıldığını açıqlayıb. Lakin Boston bölgəsinin federal hakimi Allison Burroughs bu qərarı müvəqqəti olaraq dayandırıb.

    #Fələstin #ABŞ #Donald Tramp #Fələstinə dəstək yürüyüşü #Tramp administrasiyası #ABŞ Ədliyyə Departamenti #ABŞ-da antisemitizmlə mübarizə siyasəti #Harvard federal maliyyə qalmaqalı #Fələstinə dəstək aksiyaları və universitetlər #Harvard antisemitizm iddiası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    20 İyul 2026 20:47

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    20 İyul 2026 20:36

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    20 İyul 2026 20:17

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    20 İyul 2026 20:09

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.