Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qəzzada aclıq və dağıntı: HƏMAS atəşkəsi rədd edir

    6 May 2025 15:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada aclıq və dağıntı:  HƏMAS atəşkəsi rədd edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin Qəzzada əməliyyatları əsirləri qurban vermək anlamına gəlir.

    AzerVoice xəbər verir ki, HƏMAS Hərəkatı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsini “əsirləri qurban vermək qərarı” kimi qiymətləndirib.

    Hərəkat çərşənbə axşamı yaydığı bəyanatda bildirib ki, bölgədə aclıq və mühasirə davam etdiyi halda atəşkəs danışıqlarının heç bir mənası yoxdur.

    HƏMAS Ərəb və İslam ölkələrini, eləcə də beynəlxalq ictimaiyyəti və BMT-ni İsraili dayandırmağa, fələstinlilərə qarşı törədilən cinayətlərə son qoymağa və məsul şəxsləri beynəlxalq ədalət qarşısında cavab verməyə çağırıb.

    Bəyanatda İsrail ordusunun uzun müddətdir həyata keçirdiyi planların uğursuzluqla nəticələndiyi vurğulanaraq, bu siyasətin davam etdirilməsinin yeni faciələrə yol açacağı bildirilib. Hazırda HƏMAS-ın əlində təxminən 20-dən çox israilli əsirin olduğu ehtimal edilir.

    BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bu gün yayımladığı açıqlamada bölgədə iki aydan çoxdur davam edən mühasirəni “kollektiv cəza” adlandıraraq, İsraili Qəzzaya yardım axınına icazə verməyə çağırıb.

    Agentliyin rəhbəri Filipp Lazzarini ötən həftə bildirib ki, ərzaq, dərman və yanacaq çatışmazlığı səbəbindən hər gün daha çox qadın və uşaq həyatını itirir. Hazırda bölgədə çörək bişirmək üçün un, xəstəxanalar üçün dərman və enerji mənbələri tükənmək üzrədir.

    HƏMAS Siyasi Bürosunun üzvü Bəsim Nəim Fransız mətbuatına açıqlamasında bildirib ki, bu şərtlər altında atəşkəs və ya əsir mübadiləsi təklifləri mənasızdır. O, beynəlxalq ictimaiyyəti Qəzzada baş verənləri dayandırmaq üçün Netanyahunun hökumətinə təzyiq göstərməyə çağırıb.

    İsrail ordusunun sözçüsü Efi Deyfrin isə bildirib ki, “Gideon Arabaları” adlanan yeni əməliyyat mərhələsi həm əsirlərin azad edilməsinə, həm də HƏMAS-ın hərbi və siyasi strukturunun dağıdılmasına yönəlib. “Bu iki məqsəd bir-birinə bağlıdır,” – deyə o qeyd edib.

    Qeyd edək ki, İsrail və HƏMAS arasında son atəşkəs martın 18-də birtərəfli şəkildə ləğv olunub və bu tarixdən bəri bölgəyə humanitar yardımın daxil olmasına tam qadağa tətbiq edilib. Münaqişənin başlanğıcı isə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə qoyulmuşdu ki, bu zaman 1200 nəfər ölmüş, 250-dən çox şəxs girov götürülmüşdü.

    #İsrail #Fələstin #Qəzza zolağı #BMT #HƏMAS #UNRWA #atəşkəs danışıqları #İsrail-HƏMAS atəşkəsi #İsrail və UNRWA gərginliyi #HƏMAS İsrail münaqişəsi #UNRWA rəhbəri Filip Lazzarini
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.