BAKI,
AzerVoice
Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Şimali
Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-a səfir
təyin edib.
AzerVoice xəbər verir ki, Putinin
imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc
olunub.
Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri və Amerika Dövlətləri
Təşkilatında daimi müşahidəçi vəzifələrini icra edəcək.
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında ekspert səviyyəsində danışıqlar aparılıb. Görüşdə Darçiyev və ABŞ Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə müşavir müavini Sonata Koulter iştirak ediblər.
Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, görüşdə hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması və maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Nazirlik Vaşinqtonun Darçiyevin səfir təyin olunmasına rəsmi razılıq verdiyini də açıqlayıb.