Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    İranda hakimiyyət daxilində qarşıdurma dərinləşir, əsas güc Xamenei ailəsinin əlindədir - Rufiz Hafizoğlu

    21 Aprel 2026 13:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranda hakimiyyət daxilində qarşıdurma dərinləşir, əsas güc Xamenei ailəsinin əlindədir - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bu, ölkə daxilində uzun müddətdir ki, davam edir. Dini liderlərin, bəzi siyasi kadrların, eləcə də İranın nüfuzlu siyasi xadimi olan Əli Laricaninin öldürülməsi hakimiyyət daxili qarşıdurmanın bariz nümunəsidir.

    VOA xəbər verir ki, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, İranda daxili fikir ayrılıqları yeni hal deyil.

    "Onların öldürülməsini İsrailin hücumunun nəticəsi kimi qələmə vermək doğru deyil. Bu, içəridən idarə olunan və içəridən koordinatları ötürülən bir əməliyyatın nəticəsi idi. ABŞ və İsrail bunun sahəsində uğurlu hərbi əməliyyatlar həyata keçirdilər”- deyə ekspert bildirib.

    Hafizoğlu bildirib ki, Qalibaf və Əraqçinin ABŞ ilə danışıqlara rəhbərlik edəcəyi əvvəlcədən bəlli idi:

    “Hər iki şəxs ABŞ ilə dialoqun aparılmasının tərəfdarıdırlar. SEPAH-a gəlincə, qeyd edim ki, komandanlar özbaşına hərəkət etmirlər. SEPAH-ın idarə olunmasında və bu qurumun qərarlarında ali lider, belə demək mümkünsə, Seyid Əli Xamenei çox mühüm rol oynayıb.

    İndi isə onun varisi Müctəba Xamenei bu rolu öz üzərinə götürüb. Ölkə konstitusiyasına görə, ali lider Dini Şura tərəfindən seçilir və xalqa ölkənin islam inqılabı ideologiyasına uyğun idarə olunduğu kimi təqdim olunur, amma Xamenei ailəsi İran özlərinə məxsus tərzdə idarə edirlər. SEPAH – ın özü də Xamenei ailəsinə tabedir.

    İranın siyasi idarəetmə sistemində SEPAH-dan daha çox Xameneinin personaji önəm kəsb edir. Nə Qalibaf, nə də Əraqçi Müctəba Xameneinini tənqid edə bilərlər və belə bir addım onların məhvinə səbəb olar. Bu baxımdan, onlar dolayı yolla SEPAH komandanlığını tənqid edilər”.

    R.Hafizoğlu əladə edib ki, SEPAH ilə hakimiyyətin siyasi qanadı arasında uçurum dərinləşəcək: “İranı çox ciddi dəyişikliklər gözləyir. Zamanla bu, özünü göstərəcək.

    Xüsusilə vurğulayım ki, SEPAH, həmçinin “Bəsic” bugünkü müasir dünya standartları, hətta İran reallıqları ilə ayaqlaşmayan və “soyuq müharibə”nin məhsulu olan qurumdur”.

    Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçi ilə İslam İnqılabı Keşikçiləri Korpusunun rəhbərləri arasında gərginlik yaşanır.

    Qeyd olunur ki, Qalibaf və Əraqçi SEPAH-ın komandanı Əhməd Vahidini tənqid edib. Hər iki şəxs Vahidinin ABŞ ilə danışıqlara və anlaşmaya mane olduğunu və ölkəni uçuruma apardıqlarını qeyd edirlər. Lakin SEPAH komandanlığı da öz növbəsində Qalibafı və Əraqçini assimetrik müharibə taktikasında İranın siyasətini zəiflətməkdə günahlandırır.

    Qalibaf hesab edib ki, SEPAH-da bir qrup şəxs ölkəni uçuruma aparır. SEPAH -da isə belə bir narahatlıq yaranıb ki, ABŞ-yə həddən artıq güzəştin edilməsi rejimin çökməsinə gətirib çıxara bilər.

    Eyni zamanda, SEPAH Liviya və Ukraynanı nümunə göstərib. Əraqçi və Qalibaf isə bu mövqeyi uyğun hesab etməyib. Buna baxmayaraq, SEPAH-ın təhdidlərindən sonra Qalibaf publik çıxışlarında mövqeyini sərtləşdirib.

    #İran #Rufiz Hafizoğlu #Əli Xamenei #SEPAH #Abbas Əraqçi #Məhəmməd Baqir Qalibaf #İranda hakimiyyət kimin əlindədir? Xamenei ailəsinin gizli gücü #Müctəba Xamenei
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    27 İyul 2026 21:52

    ABŞ hazırda İranla danışıqlar aparır - Tramp

    27 İyul 2026 21:16

    Küveyt Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı pilotsuz uçuş aparatı hücumlarını pisləyib

    27 İyul 2026 21:03

    ABŞ ordusu Hörmüz boğazında 17 ticarət gəmisinin marşrutunu dəyişdiyini açıqlayıb

    27 İyul 2026 20:59

    ABŞ Prezidenti İranla danışıqlar barədə yeni açıqlama verib

    27 İyul 2026 20:43

    Livanın xarici işlər naziri Hizbullahı tənqid edib - Ordu öz missiyasını yerinə yetirəcək

    27 İyul 2026 20:37

    Vaşinqtonun İran strategiyası ilə bağlı yeni detallar açıqlanıb

    27 İyul 2026 19:59

    Netanyahu Tramp qarşısında siyasi təsir imkanlarını nümayiş etdirmək təzyiqi altındadır

    27 İyul 2026 19:42

    İran Xəzər dənizindəki insidentdən sonra özünü qurban kimi göstərməməlidir - Ukrayna

    27 İyul 2026 19:21

    Amerikalıların əksəriyyəti İranla müharibənin gözləniləndən daha çətin keçdiyini düşünür

    27 İyul 2026 19:15

    İraqdan buraxılan pilotsuz uçuş aparatları zərərsizləşdirilib - Səudiyyə Ərəbistanı

    27 İyul 2026 19:11

    Brent nefti 8 faiz dəyər itirib

    27 İyul 2026 18:49
    XƏBƏR LENTİ

    Qətər necə qlobal sülh vasitəçisinə çevrildi?

    Borc insanı maliyyə baxımından daha intizamlı edə bilərmi?

    Tanşan zəlzələsi necə bir milyonluq şəhəri məhv etdi?

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.