BAKI,VOA,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin şərqində yerləşən neft obyektlərini hədəf alan pilotsuz uçuş aparatlarının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
VOA xəbər verir ki, nazirliyin yaydığı bəyanata əsasən, pilotsuz uçuş aparatları İraq istiqamətindən buraxılıb və Səudiyyə Ərəbistanının şərq bölgəsindəki neft infrastrukturunu hədəfə almağa cəhd edib.
Bəyanatda bildirilib ki, hücumun İranın dəstəklədiyi silahlı qruplar tərəfindən İraq ərazisindən həyata keçirildiyi iddia olunur.
Bu arada, Yəməndə fəaliyyət göstərən husi hərəkatı Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Aramcoya məxsus neft obyektlərini hədəf aldığını bəyan edib. Bu açıqlama tərəflər arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Hücum nəticəsində mümkün dağıntılar və ya itkilər barədə məlumat verilməyib. İraq hökuməti və husi tərəfi Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin İraq ərazisindən hücum həyata keçirildiyi barədə iddialarına hələlik münasibət bildirməyib.