#İranda hakimiyyət kimin əlindədir? Xamenei ailəsinin gizli gücü

Bu, ölkə daxilində uzun müddətdir ki, davam edir. Dini liderlərin, bəzi siyasi kadrların, eləcə də İranın nüfuzlu siyasi xadimi olan Əli Laricaninin öldürülməsi hakimiyyət daxili qarşıdurmanın bariz nümunəsidir. Onların öldürülməsini İsrailin hücumunun nəticəsi kimi qələmə vermək doğru deyil. Bu, içəridən idarə olunan və içəridən koordinatları ötürülən bir əməliyyatın nəticəsi idi. ABŞ və İsrail bunun sahəsində uğurlu hərbi əməliyyatlar həyata keçirdilər

Son həftələrdə İranın müxtəlif şəhərlərində yenidən alovlanan etirazlar müşahidəçilər arasında tanış bir sualı gündəmə gətirib: İslam Respublikasının süqutu yaxınlaşırmı? Qiymət artımı, milli valyutanın dəyərdən düşməsi, işçi tətilləri və dini hakimiyyətə qarşı açıq meydan oxumalar əslində əksər rejimləri sarsıda biləcək səviyyədədir. Lakin "Nüvə İrana Qarşı Birləşmiş Şəxslər" təşkilatının baş məsləhətçisi və siyasi elmlər üzrə professor Səid Qolkarın "Foreign Policy"də dərc olunan məqaləsinə görə, İrandakı kütləvi etiraz dalğaları hələ də siyasi parçalanmaya çevrilməyib. Problemin mahiyyəti geniş müxalifətin olmamasında deyil; məsələ İrandakı hakimiyyət sisteminin elə başlanğıcdan məhz bu cür böhranlara qarşı davamlı qurulmasındadır.