BAKI,VOA
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirib. Görüşdə ölkədə ədəbi mühitin inkişafı və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
VOA xəbər verir ki, görüş zamanı müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət sifarişi ilə çəkilən filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, həmçinin görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunan filmlərin istehsalı ilə bağlı məsələləri də müzakirə ediblər.
Görüşdə dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və ölkənin mədəni həyatının daha da zənginləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.