Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib ki, PKK və onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün qolları həm ölkə daxilində, həm də sərhədlər xaricində terror fəaliyyətlərinə dərhal son qoymalı və silahlarını şərtsiz şəkildə təhvil verməlidir.

    AzerVoice xəbər verir ki, Güler bu fikirləri Konya Sənaye Palatası tərəfindən keçirilən 8-ci Müdafiə Sənayesi Təchizatçıları Görüşünün açılışında səsləndirib. O, ASELSAN-ın əsas sponsorluğu ilə keçirilən tədbirin müdafiə sənayesi üçün mühüm platforma yaratdığını vurğulayıb.

    Nazir bildirib ki, terror təşkilatının 26 oktyabrda Türkiyədən çəkilmə qərarı “prosesi sürətləndirən əhəmiyyətli addımdır”, lakin bu, silahların təslim edilməsini zəruri edən məsuliyyəti aradan qaldırmır.

    Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında həyata keçirilən sənayeləşmə və müdafiə layihələri Türkiyəni xarici asılılıqdan qurtarıb.

    “Bu gün Türkiyə müdafiə sənayesi quru, dəniz, hava və kiberməkanda inkişaf etdirdiyi sistemlərlə dünyada söz sahibi bir mövqedədir.” - deyə Gülər qeyd edib.

    #Rəcəb Tayyib Ərdoğan #PKK #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə müdafiə sənayesi #Yaşar Gülər #PKK terror təşkilatı #PKK-ya yaxın qurumlar #PKK-nın Türkiyə ordusuna qarşı planları #PKK-nın ideoloji təlimləri #PKK-nın silahları yerə qoyması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı

    21 Avqust 2026 09:18

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.