Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Yaxın Şərqdə gərginlik dərhal azaldılmalıdır - Böyük Britaniya

    13 İyun 2025 11:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqdə gərginlik dərhal azaldılmalıdır - Böyük Britaniya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin İrana hücumundan sonra Britaniyadan narahatlıq dolu açıqlama gəlib.

    AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Xarici işlər naziri David Lammy İsrailin İrana hücumlarına dair narahatlıqlarını ifadə ediblər və tərəfləri gərginliyi azaltmağa çağırıblar.

    “Hücumlarla bağlı xəbərlər ciddi narahatlıq doğurur. Bütün tərəfləri dərhal geri çəkilməyə və gərginliyi azaltmağa çağırırıq. Yaxın Şərqdə sabitlik bizim prioritetimizdir və bunun üçün diplomatiyaya qayıtmaq zəruridir.” - deyə Starmer şəxsi "X" hesabında yayımladığı açıqlamada bildirib.

    “Bu gecə baş verən hadisələrdən dərin narahatlıq duyuruq. Yaxın Şərqdə gərginliyin artması nə bölgə, nə də dünya üçün faydalı ola bilər. Bu, çox təhlükəli bir zamandır və bütün tərəflər təmkinli davranmalıdır.”- deyə Xarici işlər naziri David Lammy isə bildirib.

    Böyük Britaniya Xarici İşlər Nazirliyi isə ayrıca açıqlamasında bu hücumlarda ölkələrinin iştirakının olmadığını vurğulayıb. “Biz bu hücumun heç bir mərhələsində iştirak etməmişik. Hadisələr çox sürətlə inkişaf edir. Bölgədə olan vətəndaşlarımıza rəsmi səyahət xəbərdarlıqlarına riayət etməyi tövsiyə edirik.”- deyə nazirlikdən yayılan bəyanatda bildirilib.

    Qeyd edək ki, İsrailin bu günlərdə İrana endirdiyi hücumlar nəticəsində bir sıra hərbi və mülki obyektlərin vurulduğu, çox sayda insanın həlak olduğu bildirilir. Bu, Yaxın Şərqdə gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.

    #İsrail #İran #Böyük Britaniya #Yaxın Şərq #Devid Lemmi #Keir Starmer #İsrail və İran gərginliyi #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail arasında hərbi toqquşma riski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    1 Sentyabr 2026 20:16

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.