Bakı, AzerVoice
Fələstinlilərin vəhşicə öldürülməsinə görə geri qayıtmaq istəmirik.
AzerVoice xəbər verir ki, bu barədə Qəzzada döyüşmüş İsrail əsgəri Michael Ofer Ziv deyib.
O qeyd edib ki, İsrail əsgərləri hökumətin törətdiyi hərbi cinayətlərə qarşı üsyan edir.
“Aylardır fələstinlilərin vəhşicəsinə qətl edilməsi səbəbindən bir çox əsgərlər Qəzzaya qayıtmaqdan imtina edir. Əsgərlər də soyqırımçı Netanyahunun və soyqırım komandirlərinin əmrlərinə qarşı üsyana qalxmağa başlayıblar.” – deyə Ziv bildirib.
Ziv, öldürülən qohumlarının cəsədlərini daşıyan fələstinliləri görəndə peşman olduğunu ifadə edib.
Hafiz Rufizoğlu