BAKI,VOA,Yusif Şərifzadə
Livan mənşəli Hizbullah qruplaşması bildirib ki, İsrail ordusu Cənubi Livanda atəşkəsi pozmağa davam edir və qrup bu hücumlara cavab vermək hüququnu özündə saxlayır.
VOA xəbər verir ki, təşkilatın açıqlamasında qeyd olunub ki, pozuntular arasında Nəbatiyyə şəhəri və Meyfadun qəsəbəsində mülki obyektlərin döyüş təyyarələri ilə hədəfə alınması, Frun qəsəbəsində isə dronlardan istifadə edilməsi var.
Həmçinin Taybə və Haddatha qəsəbələrində evlər dağıdılıb, Məcdal Zoun kəndi hədəf seçilib, Burc Qalaviya və Barəşit qəsəbələrində mülki sakinlərin yaxınlığında şok qranatları atılıb, Üst Nəbatiyyə və Kfar Tebnit qəsəbələrində isə hərbçilər şübhəli obyektlər yerləşdiriblər.
Hizbullah açıqlamasında bu hücumların İsrail-Livan sazişinin “açıq pozuntusu” olduğunu vurğulayıb və regiondakı gərginliyin davam etdiyini bildirib.