Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Ərəb Liqası və Ərəb Parlamenti “Əl-Əqsa” məscidinin bağlanmasını qınadı

    12 Mart 2026 23:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərəb Liqası və Ərəb Parlamenti “Əl-Əqsa” məscidinin bağlanmasını qınadı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Ərəb Liqasının Baş Katibliyi İsrail hakimiyyətinin müsəlmanların “Əl-Əqsa” məscidinə girişini məhdudlaşdırması və xüsusilə Ramazan ayında məscidin bağlanması ilə bağlı tədbirləri qətiyyətlə pisləyib.

    VOA xəbər verir ki, təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, “Əl-Əqsa” məscidinə ibadət üçün girişin məhdudlaşdırılması dini azadlığın pozulması və Qüdsdə müqəddəs yerlərin tarixi-hüquqi statusunun dəyişdirilməsi cəhdi kimi qiymətləndirilir.

    Ərəb Liqası vurğulayıb ki, “Əl-Əqsa” məscidi bütün dünyada müsəlmanlar üçün xüsusi dini və tarixi əhəmiyyət daşıyır və bu məsciddə ibadətə mane olan hər hansı addım regionda gərginliyi daha da artıraraq sabitliyə təhlükə yarada bilər.

    Təşkilat beynəlxalq ictimaiyyəti və aidiyyəti qurumları Qüdsdəki müqəddəs məkanların qorunması və onların mövcud tarixi statusunun saxlanılması üçün məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

    Eyni mövqe ilə çıxış edən Ərəb Parlamentinin sədri Məhəmməd bin Əhməd əl-Yamahi də İsrail hakimiyyətinin “Əl-Əqsa” məscidi və “Hərəm əş-Şərif” kompleksinə müsəlman ibadətçilərin girişini məhdudlaşdırmasını sərt tənqid edib.

    O bildirib ki, belə addımlar dini ibadət azadlığının pozulması ilə yanaşı, işğal olunmuş Qüdsdə mövcud tarixi status-kvonun dəyişdirilməsi cəhdidir.

    Əl-Yamahi qeyd edib ki, “Əl-Əqsa” məscidinə girişin məhdudlaşdırılması bütün dünyada müsəlmanların narazılığına səbəb ola və regionda gərginliyi daha da artıra bilər. Onun sözlərinə görə, 144 dunam ərazini əhatə edən məscid kompleksi yalnız müsəlmanların ibadəti üçün nəzərdə tutulub.

    Ərəb Parlamenti rəhbəri həmçinin İordan çayının qərb sahilində yerləşən İbrahim məscidində baş verən pozuntularla bağlı narahatlığını ifadə edib.

    O, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyəti Qüdsdəki müqəddəs yerlərin qorunmasını təmin etməyə və İslam və xristian dini məkanlarının tarixi statusuna hörmət göstərilməsinə çağırıb.

    #Ərəb Liqası Əl-Əqsa məscidinin bağlanmasını qınadı #Ərəb dünyası İsrailin Əl-Əqsa qərarına sərt reaksiya verdi #Ərəb Parlamenti Qüdsdə dini məhdudiyyətləri tənqid etdi #Ramazan ayında Əl-Əqsa məscidinə girişin məhdudlaşdırılması pisləndi #Ərəb Liqası Qüdsdə müqəddəs yerlərin qorunmasına çağırdı #Əl-Əqsa məscidi ilə bağlı qərar regionda gərginliyi artırır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail ordusu Livanın cənubunda Hizbullahın pilotsuz uçuş aparatını vurduğunu bildirib

    27 Avqust 2026 18:16

    Səudiyyə Ərəbistanı müsəlman ölkələri Fələstinə dəstək olmağa çağırıb

    27 Avqust 2026 17:15

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    27 Avqust 2026 12:56

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    İsrailin Livana zərbələri davam edir

    27 Avqust 2026 09:42
    XƏBƏR LENTİ

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    Bəhreynin qeyri-neft iqtisadiyyatı regional çətinliklərə baxmayaraq 1-ci rübdə 2.2% artıb

    Mavritaniyada hakimiyyəti devirməyə çağıran ehtiyatda olan general saxlanılıb

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə gərginliyin azaldılması yollarını müzakirə edib

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.