#Ərəb Parlamenti Qüdsdə dini məhdudiyyətləri tənqid etdi

Ərəb Liqasının Baş Katibliyi İsrail hakimiyyətinin müsəlmanların “Əl-Əqsa” məscidinə girişini məhdudlaşdırması və xüsusilə Ramazan ayında məscidin bağlanması ilə bağlı tədbirləri qətiyyətlə pisləyib. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, “Əl-Əqsa” məscidinə ibadət üçün girişin məhdudlaşdırılması dini azadlığın pozulması və Qüdsdə müqəddəs yerlərin tarixi-hüquqi statusunun dəyişdirilməsi cəhdi kimi qiymətləndirilir.