Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Rəqqadakı Aktan həbsxanası nəzarətə götürülüb - Suriya XİN

    23 Yanvar 2026 14:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəqqadakı Aktan həbsxanası nəzarətə götürülüb - Suriya XİN
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib.

    AzerVoice xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.

    Aktan həbsxanasının mühafizəsi, təhlükəsizliyi və daxili nizam-intizamın qorunması məqsədilə Antiterror İdarəsi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət xüsusi briqadalar formalaşdırılıb. Nazirlik insan hüquqları və qanunun aliliyi prinsiplərinə tam sadiqliyini təsdiqləyərək, həbsxanalardakı vəziyyətin sabitlik və təhlükəsizliyi artıracaq şəkildə yaxından izlənildiyini vurğulayıb.

    Eyni zamanda, Suriya Ordusunun Əməliyyat Heyətindən verilən məlumata görə, ordu birlikləri Aktan həbsxanası və ətrafındakı təxminən 800 YPG/SDG ünsürünü Ayn əl-Ərəb (Kobani) istiqamətinə köçürməyə başlayıb. Bildirilib ki, bu addım hərbi gərginliyin qarşısını almaq, inzibati və təhlükəsizlik səlahiyyətlərinin dinc yolla təhvil verilməsini təmin etmək, həmçinin Rəqqənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

    Digər tərəfdən, Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) YPG/SDG terror təşkilatının Rəqqənin terrordan azad edildiyi gün – 18 yanvarda törətdiyi qanlı hücumlar barədə məlumat yayıb. Hesabatda qeyd olunur ki, terrorçuların şəhərdə həyata keçirdiyi hücumlar nəticəsində 3-ü uşaq olmaqla 22 mülki şəxs həyatını itirib. Ölənlərin 12-si birbaşa terror təşkilatının snayperləri tərəfindən hədəf alınıb. Mülki şəxsləri hədəf alan bu hücumlar pislənilib, Suriya hakimiyyəti və beynəlxalq təşkilatlar hadisə ilə bağlı müstəqil və şəffaf araşdırma aparmağa, məsuliyyət daşıyanları ədalət qarşısına çıxarmağa çağırılıb.

    Xatırladaq ki, Suriya ordusunun yerli əhali və aşirətlərin dəstəyi ilə həyata keçirdiyi əməliyyatlar nəticəsində Fərat çayının şərqində yerləşən Rəqqə şəhəri terror işğalından tamamilə azad edilmişdi.

    #YPG #PKK/YPG #PKK/YPG və Suriya #YPG terrorçuları #PKK və YPG hədəfləri #SDQ və Suriya ordusunun birləşməsi #YPG və PKK Suriyada #YPG-nin Suriya hökuməti ilə razılaşması #SDQ (Suriya Demokratik Qüvvələri) #PKK və YPG ilə bağlı suallar İmralıda birbaşa Öcalan-a yönəldildi #SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur #Suriya–SDQ razılaşması üzrə ilin sonuna qədər irəliləyiş axtarılır #Suriya–SDQ danışıqlarında çıxılmaz vəziyyət: əsas fikir ayrılıqları nələrdir? #Suriya SDQ danışıqları #Suriya hökuməti SDQ #Suriya hökuməti ilə SDQ arasında razılaşma niyə baş tutmadı #SDQ-nin Suriya Müdafiə Nazirliyinə inteqrasiyası planı #ABŞ-ın Suriya SDQ danışıqlarına təzyiqi #Rəqqa hərbi hazırlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    26 Avqust 2026 09:42

    Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı

    21 Avqust 2026 09:18

    Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

    23 İyul 2026 18:06

    ABŞ və Suriya... Daimi tərəfdaşlıq, yoxsa keçici münasibət?

    10 May 2026 09:00

    "İŞİD" prioritetlərini dəyişir: Suriyada "idarəetmənin bədəli"ni artırmağa çalışır

    26 Aprel 2026 19:00

    Suriya və İraq arasında strateji keçid məntəqəsi fəaliyyətini bərpa edib

    20 Aprel 2026 18:35

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.