Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada son vəziyyətlə bağlı açıqlama yayıb. Nazirlikdə keçirilən həftəlik brifinqdə bildirilib ki, 30 yanvar tarixində Suriya hökuməti ilə SDQ arasında imzalanmış razılaşmanın icrası sahədə yaxından izlənilir. “Suriya Hökuməti ilə SDQ arasında 30 yanvarda imzalanan razılaşmanın tətbiqini sahədə diqqətlə izləməyə davam edirik.” - deyə rəsmi açıqlamada qeyd olunub.
#Suriya SDQ danışıqları
Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib. Nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.
Türkiyənin təhlükəsizlik mənbələri Suriyanın şimalındakı hərbi və diplomatik dəyişiklikləri təhlil edərək terror təşkilatı PKK-nın Suriya qolu olan SDQ-nin tamamilə zəiflədiyini bəyan edib. təhlükəsizlik qaynaqları SDQ-nin nəzarət etdiyi ərazilərin böyük hissəsini itirdiyini və artıq beynəlxalq diplomatiyada korumasız qaldığını vurğulayıb. Məlumata görə terror təşkilatı El-Hol düşərgəsindən geri çəkilib və Həsəkəni İraqa bağlayan strateji Yarubiyə sərhəd keçid məntəqəsi Suriya ordusunun nəzarətinə keçib. Bu inkişaf SDQ ilə İraqdakı Qəndil kadrları arasındakı logistik və strateji bağı tamamilə qırıb. Eyni zamanda Karakozak körpüsü ətrafı və Süleyman Şah türbəsinin yerləşdiyi bölgə də terrorçulardan təmizlənib.
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.