Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib. Nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.
#SDQ-nin Suriya Müdafiə Nazirliyinə inteqrasiyası planı
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.