Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümündə yazılı açıqlama yayıb.

    AzerVoice xəbər verir ki, Quterreş, Suriyanın devrilmiş lideri Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə "onilliklər boyu davam edən təzyiq rejiminin sona çatdığını" xatırladıb.

    “Bu gün Əsəd hökumətinin devrilməsindən və onilliklər boyu davam edən basqı sisteminin sona çatmasından bir il keçir. Təsəvvürəgəlməz çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dözüm və cəsarətinə hörmət edirəm.” - deyə Quttereş qeyd edib.

    Suriya­dakı rejim dəyişikliyini “parçalanmış icmaları yenidən qurmaq və dərin bölünmələri aradan qaldırmaq” baxımından bir fürsət kimi gördüyünü bildirən Quterreş, bu prosesin etnik mənsubiyyətindən, dinindən, cinsindən və ya siyasi baxışından asılı olmayaraq hər bir suriyalı üçün “təhlükəsiz, bərabər və ləyaqətli” bir həyatın mümkün olacağı bir millət qurmaq imkanı yaratdığını vurğulayıb.

    BMT-nin bu keçid prosesinin uğurla tamamlanması üçün suriyalılarla birgə işləməyə “tam qərarlı” olduğunu qeyd edən Quterreş, “Keçən il göstərdi ki, suriyalılar öz keçidlərini idarə etmək üçün gücləndirildikdə və dəstəkləndikdə mənalı dəyişiklik mümkündür” deyə qiymətləndirmə aparıb.

    Quterreş prosesdə çətinliklərin yaşandığını, lakin bunların “aşılmaz olmadığını” bildirərək deyib: “Keçid dövrü ədalət mexanizmlərinin qurulması istiqamətində işlər davam edərkən, vətəndaş iştirakının genişləndirilməsi daha inklüziv və hesabatlı Suriya üçün təməl yaratmağa kömək edəcək. Beynəlxalq ictimaiyyət Suriya rəhbərliyində və Suriyaya məxsus olan bu keçid prosesinin arxasında qəti şəkildə dayanmalıdır.”

    #BMT #Antonio Quterreş #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Hazırlıq Komitəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya ordusu və təhlükəsizlik #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Suriya inqilabı #Suriya hökuməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.