Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Darfura əlavə hərbi qüvvələr göndərilib

    30 Oktyabr 2025 15:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Darfura əlavə hərbi qüvvələr göndərilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Sudan ordusu Darfur bölgəsində sürətlə genişlənən döyüşlər fonunda ön Cəbhə xəttində yerləşən qüvvələrinə dəstək məqsədi ilə yeni hərbi qüvvələr və texnika göndərib. Yeni kolonun hərəkət etdiyi anlar sosial şəbəkələrdə yayılan videolarda əks olunub. Kadrlarda canlı qüvvə və ağır silah-sursatla yüklənmiş zirehli nəqliyyat vasitələrinin döyüş zonasına doğru irəlilədiyi görünür.

    AzerVoice xəbər verir ki, hərbi rəhbərlik bu addımın ordu mövqelərini möhkəmləndirmək və son günlər sürətli irəliləyiş elan edən “Sürətli Dəstək Qüvvələri”nin hücumlarını dəf etmək məqsədi daşıdığını bildirib. Qüvvələr ötən bazar günü Şimali Darfur əyalətinin paytaxtı Əl-Fəşiri nəzarətə götürdüklərini iddia etmişdilər.

    Əl-Faşirdə ziddiyyətli məlumatlar

    “Əl-Arabi” telekanalının məlumatına görə, dünən şəhərdə, xüsusən ordunun 6-cı Piyada Diviziyasının qərargahı yaxınlığında ağır artilleriya səsləri eşidilib. Digər tərəfdən bölgədən daxil olan məlumatlar ziddiyyətlidir: bəzi mənbələr ordunun hələ də müəyyən mövqelərdə olduğunu bildirir, təsviredici görüntülər isə “Sürətli Dəstək Qüvvələrinin” geniş yayılmasını göstərir.

    Əl-Faşirə giriş yolları ciddi risk altında hesab olunur. Coğrafi şərait və Kordofan bölgəsinin böyük hissəsinə “Sürətli Dəstək Qüvvələri”nin nəzarət etməsi ora hərəkəti son dərəcə təhlükəli edir.

    Birləşmiş Millətlər Təşkilatının Sudandakı rezident koordinatori və humanitar məsələlər üzrə nümayəndəsi Denis Braun açıqlamasında qeyd edib ki, “Sürətli Dəstək Qüvvələri” Əl-Faşiri tam mühasirəyə alaraq şəhərə ərzağın girişini qadağan edib. O, bunu “aclığın müharibə silahı kimi istifadə edilməsi” adlandırıb.

    Braunun sözlərinə görə, qüvvələr təkcə yardımın qarşısını almır, həm də mülki şəxslərin şəhərdən çıxışına mane olur, nəticədə minlərlə insan ərzaq və təhlükəsizlikdən məhrum vəziyyətdə qalıb.
    BMT rəsmisi təsdiq edib ki, etibarlı mənbələr şəhərdə qaçmağa cəhd edən mülki şəxslərin “sahə içində edam edildiyini” göstərir. Onun bildirdiyinə görə, Əl-Faşir təxminən 500 gündür humanitar yardımdan kənarda qalıb.

    Son günlər Sudan hökuməti, beynəlxalq təşkilatlar və BMT qurumları “Sürətli Dəstək Qüvvələri”ni Əl-Faşirdə “kütləvi qətllər”, “edamlar”, zorakı həbs və məcburi köçürmələrdə ittiham edir. Şəhərin 1 ildən artıq davam edən mühasirəsi fonunda vəziyyət kritik həddə çatıb.

    Sudandakı müharibə 2023-cü ilin aprelindən bəri davam edir və artıq yüz minlərlə insanın həyatını itirməsinə, milyonlarla vətəndaşın evlərini tərk etməsinə səbəb olub.

    #BMT #Sudan #Sudan iqtisadi inkişaf #Sudanda humanitar böhran #Sudanda səhiyyə böhranı #Darfur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    Anar Quliyev BMT-də çıxış etdi

    17 İyul 2026 11:01

    ABŞ-İran qarşıdurmasına qayıdış mülki şəxslər üçün böyük zərbədir - Volker Türk

    14 İyul 2026 22:39

    İsrail 34 yeni qanunsuz yaşayış məntəqəsi üçün 434 milyon dollar ayırıb

    14 İyul 2026 22:33

    BMT Yəməndə artan gərginlikdən narahatdır

    13 İyul 2026 21:47

    ABŞ MoU-ni pozmağa davam edərsə, Tehran öhdəlikləri yerinə yetirməyəcək - İranın BMT-dəki səfiri

    11 İyul 2026 18:27

    Livanın cənubunda zorakılıq azalıb, lakin vəziyyət hələ də kövrəkdir - BMT sülhməramlıları

    9 İyul 2026 22:03
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.