Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Atəşkəsdən bəri Qəzza zolağına cəmi 986 humanitar yardım maşını daxil olub

    21 Oktyabr 2025 12:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Atəşkəsdən bəri Qəzza zolağına cəmi 986 humanitar yardım maşını daxil olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qəzzadaki hökumət, HƏMAS ilə İsrail arasında 10 oktyabrda əldə edilən atəşkəsdən bəri Qəzza zolağına humanitar yardım daşıyan cəmi 986 yük maşınının daxil olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Qəzza hökumətinin media ofisindən yayılan yazılı açıqlamada, İsrailin iki il boyunca blokada altında saxlayıb bombaladığı Qəzza zolağına atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra çatdırılan humanitar yardımla bağlı məlumat verilib.

    Açıqlamada qeyd olunub ki, atəşkəs qüvvəyə mindikdən sonra 14-ü məişət qazı balonu və 28-i yanacaq daşıyan olmaqla, ümumilikdə 986 yardım yük maşını Qəzza zolağına çata bilib.

    “Atəşkəsdən sonra, 20 oktyabr 2025 tarixinədək Qəzzaya 6 min 600 humanitar yardım maşını daxil olmalı idi, lakin faktiki olaraq bu say 986 maşınla məhdud qalıb.” - deyə açıqlamada bildirilib.

    HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasından bəri Qəzza zolağına gündəlik orta hesabla 89 yardım yük maşınının daxil olduğu vurğulanıb, halbuki atəşkəs razılaşmasına əsasən bu say gündə 600 maşın olmalı idi.

    Açıqlamada İsrailin Qəzza zolağında yaşayan 2,4 milyon fələstinliyə qarşı aclıq siyasətini davam etdirməyə çalışdığı bildirilib və Qəzzanın gündəlik 600 yük maşını (ərzaq, dərman və yanacaq yüklü) humanitar yardıma ehtiyacı olduğu qeyd olunub.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

    Misirdə aparılan danışıqlarda imzalanan razılaşma, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrda qüvvəyə minmişdi.

    Bununla belə, İsrail ordusu Qəzza zolağında əldə edilən atəşkəsə baxmayaraq, müxtəlif bəhanələrlə fələstinlilərə qarşı hücumlarını davam etdirir.

    Razılaşmaya əsasən, İsrailin Qəzzəyə hər gün 600 humanitar yardım yük maşınının girişinə icazə verməsi nəzərdə tutulub.

    Lakin fələstinli mənbələr bildirir ki, Qəzzaya daxil olan yardım maşınlarının sayı bu göstəricidən xeyli azdır.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Beynəlxalq humanitar yardım #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza və Livanda AI texnologiyaları #Qəzzanın bərpası 2025 #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #humanitar yardım tələbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.