Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 17:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzada hücumlarını davam etdirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun atəşkəsə baxmayaraq son 24 saatda Qəzzada həyata keçirdiyi hücumlarda 45 nəfər həlak olub.

    AzerVoice xəbər verir ki, Qəzzadaki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin hücumları nəticəsində baş verən insan tələfatı, yaralılar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı məlumatlar paylaşılıb.

    Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara, dağıntılar altından çıxarılan 12 nəfər də daxil olmaqla, ümumilikdə 57 meyit və 158 yaralı gətirilib.

    Açıqlamada bildirilib ki, atəşkəsə baxmayaraq son bir gündə mülki şəxsləri hədəf alan hücumlarda 45 nəfər həyatını itirib, 158 nəfər yaralanıb.

    İsrailin 8 oktyabr 2023-cü ildə Qəzza zolağına başladığı hücumlar nəticəsində ölənlərin sayı 68 min 216, yaralıların sayı isə 170 min 361 nəfərə çatıb.

    Məlumatda o da qeyd olunub ki, Qəzzada son atəşkəs razılaşmasının qüvvəyə mindiyi gündən bəri davam edən İsrail hücumlarında ölən fələstinlilərin sayı 80, yaralıların sayı isə 303 nəfərə yüksəlib, atəşkəsdən sonra dağıntılar altından 426 cəsəd çıxarılıb.

    Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və Həmasın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

    Misirdə aparılan danışıqlar zamanı imzalanan razılaşma İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrda qüvvəyə minib.

    Razılaşmaya əsasən, İsrail ordusu “sarı xətt”dən geri çəkildikdən sonra Qəzza zolağında atəşkəs həmin gün saat 12:00-da qüvvəyə minib.

    Buna baxmayaraq, İsrail ordusu Qəzza zolağında əldə olunan atəşkəsə rəğmən, müxtəlif bəhanələrlə fələstinlilərə qarşı hücumlarını fasilələrlə davam etdirir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10
    XƏBƏR LENTİ

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.