Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin sərhəd məhdudiyyəti humanitar böhranı dərinləşdirir

    25 Sentyabr 2025 17:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin sərhəd məhdudiyyəti humanitar böhranı dərinləşdirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstin İqtisadiyyat Nazirliyi, İsrailin işğal altındakı İordan çayının qərb sahilində yerləşən və "dünyaya açılan yeganə qapı" kimi tanınan Kral Hüseyn (Allenby) körpüsünü bağlama qərarına kəskin reaksiya verib. Nazirlik bildirib ki, sərhədin bağlanması iqtisadi, sosial və humanitar fəlakətə yol aça bilər.

    AzerVoice xəbər verir ki, yazılı açıqlamada qeyd olunub ki, Kerame adlandırılan bu sərhəd keçidi Fələstin xalqının ixrac və idxal əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Fələstin istehsalçılarının dünya bazarına çıxışı, ərzaq təhlükəsizliyi və humanitar yardımların çatdırılması bu keçid məntəqəsindən asılıdır.

    Açıqlamada bu addımın Fələstin xalqına qarşı siyasi təzyiq və cəzalandırıcı siyasətin bir hissəsi olduğu qeyd edilib. İsrailin Fələstin hökumətinə məxsus vergi gəlirlərini saxlaması və hərbi nəzarət vasitəsilə bölgədə hərəkət azadlığını məhdudlaşdırması da vurğulanıb.

    Fələstin tərəfi bildirir ki, sərhədin bağlanması təkcə iqtisadi deyil, həm də ciddi humanitar böhran yarada bilər, xüsusilə Qəzza zolağına yardım axınının kəsilməsi baxımından təhlükəlidir.

    Fələstin hökuməti beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı dərhal tədbir görməyə və İsrailə təzyiq göstərməyə çağırır.

    Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu, 24 sentyabr tarixindən etibarən Allenby körpüsünün ikinci bir əmrlə qədər bağlanması barədə göstəriş verib. İsrail mediası bu qərarı, Fələstin dövlətini tanıyan ölkələrə cavab addımı kimi şərh edib.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb

    18 İyul 2026 20:22

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.