Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada biri uşaq olmaqla daha 6 nəfər aclıqdan həyatını itirib

    6 Sentyabr 2025 13:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada biri uşaq olmaqla daha 6 nəfər aclıqdan həyatını itirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası ilə aclıq məcbur edilən Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla daha 6 fələstinli aclıqdan həyatını itirib.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada aclıqdan həyatını itirənlərlə bağlı son məlumatlar paylaşılıb.

    Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində biri uşaq olmaqla daha 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib.

    2023-cü ilin 7 oktyabrından bəri Qəzza zolağında aclıqdan ölənlərin sayının 135-i uşaq olmaqla 382-yə çatdığı bildirilib.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya Olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) 22 avqustda yaydığı açıqlamada Qəzzada rəsmi olaraq aclıq elan edildiyi və bu tarixdən bəri 20-si uşaq olmaqla 104 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirdiyi vurğulanıb.

    IPC tərəfindən yayımlanan son hesabatda bildirilib ki, “15 avqust 2025-ci il tarixinə olan məlumata əsasən Qəzza şəhərindəki aclıq vəziyyəti ‘fəlakət səviyyəsi’ olaraq tanınan 5-ci səviyyədədir və bu, sübutlarla təsdiq olunub.”

    Hesabatda həmçinin qeyd olunub: “22 ay davam edən amansız qarşıdurmalardan sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm ilə səciyyələnən fəlakət şəraitində yaşayır.”

    Qəzza “aclıqdan” ölür

    İsrailin hücumları və humanitar yardımların daxil olmasına mane olan sərt blokadası altında olan Qəzza zolağında aclıq yayılıb, su, dərman, tibbi ləvazimatlar və gigiyena vasitələri tapılmır, bölgə humanitar fəlakət yaşayır.

    Başda uşaqlar olmaqla, Qəzzada aclıqdan ölüm halları artır. Yerli və beynəlxalq qurumlar İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirir.

    Sivil infrastrukturun da dağıdılması ilə Qəzzanın 88 faizini yerlə bir edən İsrail ordusu, sürgün əmrləri ilə yurdundan didərgin saldığı fələstinliləri tez-tez sığındıqları ərazilərdə hədəfə alır.

    Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları və sürgün siyasəti nəticəsində yurdlarından didərgin salınanların sayının 2 milyona çatdığı, bir çox insanın dəfələrlə yerini dəyişmək məcburiyyətində qaldığı qeyd olunur.

    Əsas ehtiyaclardan məhrum olan didərgin fələstinlilər, müvəqqəti qurulmuş çadırlarda və ya həddindən artıq dolu şəraitdə, gigiyena vasitələrinin çatışmadığı, tualetlərin belə yetersiz olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə yaşamağa çalışırlar.

    İsrail ordusu isə hər gün həyata keçirdiyi hücumlarla bu didərginlərin çadırlarını və sivil sığınacaq nöqtələrini bombalayır.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 64 min 300 fələstinli həyatını itirib, 162 min 5 nəfər isə yaralanıb.


    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Susuzluq və aclıq #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.