Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzza zolağına hücumlarında daha 20 fələstinli həlak olub

    4 Sentyabr 2025 12:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzza zolağına hücumlarında  daha 20 fələstinli həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 20 fələstinli həyatını itirib. Ölənlər arasında qadınlar və uşaqlar da var.

    AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin şimalı ilə yanaşı, cənub, mərkəz və digər bölgələrdəki yaşayış evlərini, aşevlərini, çadırları və yardım gözləyən insanları hədəf alıb.

    Qəzza şəhərinin cənubunda yerləşən Tel əl-Heva məhəlləsindəki Əbu Mazin döngəsi yaxınlığında məcburi köçkünlərin yaşadığı çadırlara edilən hücum nəticəsində 3-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər həlak olub. Saldırının ardından çadırda yanğın baş verib.

    Refah şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində yardım gözləyən 3 fələstinli həyatını itirib.

    Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində isə bir ailənin yaşadığı çadırın hədəf alındığı hücumda eyni ailədən 7 nəfər, o cümlədən 4 uşaq həlak olub.

    Sabra məhəlləsində bir evə endirilən hava zərbəsi nəticəsində 3 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Görgü şahidlərinə görə, evin dağıntıları altında qalan insanlar hələ də çıxarılmayıb.

    Derec məhəlləsində daha bir evin bombalanması nəticəsində 1 fələstinli ölüb.

    Nasr məhəlləsindəki İtalyan Qülləsi ətrafında yerləşən sığınacaq çadırları isə İsrailə məxsus dronların hücumuna məruz qalıb.

    Qəzzanın şimalında yerləşən Şeyx Rıdvan bölgəsinin şərq hissəsində İsrail ordusu top atəşləri və partlayıcı yüklü hərbi texnikalarla genişmiqyaslı dağıntı əməliyyatı həyata keçirib.

    Deyr əl-Bəlah şəhərinin şərqindəki Kisufim bölgəsində isə yardım növbəsində olan fələstinlilərə açılan atəş nəticəsində 1 nəfər həyatını itirib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #AFAD Qəzzaya humanitar yardım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.