Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail husilərin liderlərini məhv etmək üçün "sistemli siyasət" yürüdür - İsrailli nazir

    31 Avqust 2025 14:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail husilərin liderlərini məhv etmək üçün "sistemli siyasət" yürüdür - İsrailli nazir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrailin energetika naziri Eli Kohen bəyan edib ki, Təl-Əviv Yəməni “hədəf dairəsinə” daxil edib və husilərin liderlərini aradan qaldırmaq üçün “sistemli siyasət” yürüdür.

    AzerVoice xəbər verir ki, Kohen bu barədə İsrail radiosuna müsahibəsində danışıb.

    “Yəməni hədəf dairəsinə daxil etdik. Bu, infrastrukturun məhv edilməsinə və husilərə qarşı məqsədli sui-qəsdlərin həyata keçirilməsinə yönəlmiş sistemli siyasətdir” – deyə, nazir bildirib.

    Onun sözlərinə görə, "söhbət yalnız husilərdən getmir, HƏMAS-ın bütün liderləri də hədəfdədir, hətta xaricdə yaşayanlar artıq ölü sayılır.”

    Xatırladaq ki, ötən şənbə husilər bəyan ediblər ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan hökumətin baş naziri Əhməd Qalib ər-Rəhəvi və bir sıra nazirlər ötən cümə axşamı Səna şəhərinə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar.

    Son günlər husilər İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edir, İsrail isə cavab olaraq Yəməndə husilərin nəzarətindəki hədəfləri vurur.

    Məlumata görə, ötən cümə axşamı baş verən hücumdan sonra hökumət və nazirlər kabinetinin bu günə nəzərdə tutulan iclasları “husilərin ehtimal olunan cavab zərbələrinə görə” gizli və qorunan məkana keçirilib. “Kanal 12” telekanalı bildirib ki, nazirlərə bu qərar iclasdan az əvvəl çatdırılıb.

    İsrail hökumətinin bazar günü keçiriləcək həftəlik iclasında isə təhlükəsizlik qurumlarına ayrılan büdcənin artırılması da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Kabinet daha sonra Qəzzadakı vəziyyəti, bir sıra ölkələrin Fələstin dövlətini tanımaq niyyətinə veriləcək reaksiyanı, həmçinin Livan və Suriyadakı prosesləri müzakirə edəcək.

    #İsrail #Yəmən #Husilər #Yəməndə Husiilər 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəməndə Husiilərin hərbi strategiyası #Husilərin ideologiyası #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası #Husilər Yəməndə hansı siyasəti yürüdürlər? #Eli Kohen
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    Husilər bütün variantlara hazır olduqlarını açıqlayıblar

    20 İyul 2026 18:33

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb

    18 İyul 2026 20:22

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.