Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatır

    18 Avqust 2025 13:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası nəticəsində aclıq yaşanan Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, ümumi sayın 263-ə yüksəldiyi bildirilib.

    AzerVoice xəbər verir ki,Qəzzə Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş verdiyi açıqlamada bölgədə aclıq səbəbilə həyatını itirənlərlə bağlı məlumat verib.

    Burş bildirib ki, İsrailin blokadası və hücumları altındakı Qəzzəyə qarşı tətbiq etdiyi aclıq siyasəti can almağa davam edir. Son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib.

    Burşun sözlərinə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə 112-si uşaq olmaqla 263 nəfər aclıqdan ölüb.

    İsrailin hücumları və insani yardım girişini ciddi şəkildə məhdudlaşdıran blokadası altındakı Qəzza zolağı, aclığın geniş yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyenik vasitələrin olmadığı böyük bir humanitar fəlakət yaşayır.

    Xüsusilə uşaqlar başda olmaqla Qəzzədə aclıq səbəbilə ölüm halları sürətlə artır. Yerli və beynəlxalq təşkilatlar bildirirlər ki, İsrail aclıq və susuzluğu “silah” kimi istifadə edir.

    İsrail ordusu, sivil infrastrukturu dağıdaraq Qəzzənin 88 faizini viran qoyub, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri yaşadıqları müvəqqəti bölgələrdə də tez-tez hədəf alır.

    Təxminən 2,3 milyon əhalisi olan Qəzzədə, İsrailin hücumları və zorla köçürmə əmrləri ilə 2 milyonadək insan yerindən edilib, bir çox insan dəfələrlə köçməyə məcbur qalıb.

    Ən əsas ehtiyaclardan məhrum vəziyyətdə yerindən edilən fələstinlilər, uçuq-sökük çadırlarda, ya da çox sıxlıq olan, gigiyena vasitələrinin çatışmadığı, sanitar qovşaqların belə yetərli olmadığı, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə yaşamağa çalışırlar.

    Bütün bunlara baxmayaraq, İsrail ordusu hər gün keçirdiyi hücumlarla bu insanların yaşadığı çadırları və sivil obyektləri bombalamağa davam edir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Fələstin-İsrail münaqişəsi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Fələstin-İsrail iki dövlətli həll #ABŞ-İsrail-Fələstin siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.