Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ Qəzza zolağına dair tərəflərə yeni təklif irəli sürüb

    17 İyun 2025 19:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Qəzza zolağına dair tərəflərə yeni təklif irəli sürüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ administrasiyası İsraillə HƏMAS arasında əsir mübadiləsi və Qəzza zolağında 60 günlük atəşkəsin təmin olunmasını nəzərdə tutan yeni bir plan təqdim edib.

    AzerVoice xəbər verir ki, bu barədə İsrailin "Israel Hayom" qəzeti məlumat yayıb.

    Məlumata görə, təklifdə İsrailin saxladığı fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS-ın əlindəki israilli girovların azadlığa buraxılması nəzərdə tutulur.

    Təklifə əsasən, atəşkəs 60 gün davam edəcək və bu müddət ərzində tərəflər arasında müzakirələr aparılaraq hücumların tamamilə dayandırılması və Qəzzanın bərpasına dair razılığın əldə edilməsi hədəflənir.

    Eyni zamanda, ABŞ-ın təqdim etdiyi formulun atəşkəsə və yenidənqurma prosesinə qatılan bütün tərəflərə ciddi təminatlar verdiyi qeyd olunur.

    Nəşr yazır ki, HƏMAS artıq ABŞ-ın bu təklifini qəbul edib. Lakin nə HƏMAS, nə də İsrail və ABŞ tərəfindən bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

    Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu iyunun 10-da verdiyi açıqlamada, Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirmişdi.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #HƏMAS #atəşkəs
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    27 Avqust 2026 19:59

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    27 Avqust 2026 19:47

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    27 Avqust 2026 19:43

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    27 Avqust 2026 18:56

    İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

    27 Avqust 2026 18:29
    XƏBƏR LENTİ

    CIA - ABŞ-ın görünməyən gücü – dünyanı pərdə arxasından izləyən kəşfiyyat şəbəkəsi

    Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası

    Tarixdə bu gün – 28 Avqust

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    Bəhreynin qeyri-neft iqtisadiyyatı regional çətinliklərə baxmayaraq 1-ci rübdə 2.2% artıb

    Mavritaniyada hakimiyyəti devirməyə çağıran ehtiyatda olan general saxlanılıb

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə gərginliyin azaldılması yollarını müzakirə edib

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.