Bakı. AzerVoice:
Avropa İttifaqı (Aİ) Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatını (UNRWA) maliyyələşdirməyə davam edəcək.
AzerVoice xəbər verir ki, Aİ gələn həftə agentliyə 50 milyon avronun köçürüləcəyini bildirib.
“BMT-nin atdığı addımlar və Komissiyanın UNRWA-dan tələb etdiyi öhdəliklər nəzərə alınıb”, - deyə məlumatda qeyd edilib.
Məlumata əsasən, UNRWA vasitəsilə Aİ-nin Fələstinə yardımı 150 milyon avroya çatacağı bildirilib.
Qeyd edək ki, BMT-yə üzv dövlətlərin könüllü iaənələri ilə maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başladığı gündən fələstinli qaçqınlara qida, sağlamlıq, təhsil və sığınacaq kimi humanitar yardımlar göstərən əsas təşkilatdır.
Agentlik 5,9 milyon fələstinli qaçqına dəstək verir.