Baş xəbər

Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.

ABŞ Prezidenti Donald Trampın İranla davam edən müharibəyə dair xalqa müraciəti gözlənilən böyük anonsların əvəzinə, əvvəlki ritorikanın təkrarı ilə yadda qalıb. Ağ Ev rəhbəri 20 dəqiqədən az davam edən çıxışında Vaşinqtonun öz məqsədlərinə çatmağa "çox yaxın" olduğunu iddia edərək, Tehranı ölkənin infrastrukturunu tamamilə məhv etməklə hədələyib.

Ərəb Dövlətləri Liqası İsrail parlamentində (Knesset) qəbul edilən və fələstinli məhbuslar üçün edam cəzasını nəzərdə tutan yeni qanunla bağlı beynəlxalq araşdırma başladılması üçün dünyaya müraciət edib. Ərəb Liqası Şurasının Qahirədə keçirilən fövqəladə iclasından sonra yayılan bəyanatda bu qanun layihəsinin "hərbi cinayət" təşkil etdiyi və aparteid sistemini gücləndirdiyi vurğulanıb.

Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.Dövlətimizin başçısı vurğulayıb: "Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu dedi. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirildi. Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunuldu, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı. Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.