BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların bu gecə İrana qarşı "çox sərt şəkildə" hərbi zərbələr endirəcəyini rəsmən elan edib.
VOA xəbər verir ki, Tramp yaydığı mesajda ABŞ-ın Yaxın Şərqdəki strateji hədəfləri barədə danışarkən daha uzağa gedərək ölkəsinin, İranın ən mühüm neft ixracı mərkəzi hesab olunan Xark adasını və digər neft infrastrukturu obyektlərini tamamilə ələ keçirəcəyini vurğulayıb.